Mağazalarda bahalaşan məhsulların qiymətləri dəyişdirilir
Tarix: 25-12-2015 | Saat: 16:12
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Manatın kursunda baş vermiş dəyişiklikdən sonra müşahidə edilən süni qiymət artımının qarşısını almaq üçün real tədbirlərə başlanılıb.
Xeberaz.az-in məlumatına görə, artıq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən ticarət obyektlərində reydlər aparılaraq satışdakı malların qiymətlərinin monitorinqi həyata keçirilir. Xidmət əməkdaşları ehtiyac olduğu təqdirdə məhsulların üzərindəki süni qiymətləri dəyişdirib yenisi ilə əvəz edirlər.
Qeyd edək ki, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli məhsul qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.
Süni qiymət artımı və məhsul-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
Xəbəri paylaş
8028 dəfə oxunub.
Digər xəbərlər

28-06-2017, 11:20
Azərbaycanda zəlzələ oldu
15-12-2017, 15:45
Bakıya yeni avtobuslar gətirildi - FOTO
18-02-2020, 14:49
"İlham Əliyev Paşinyanı rəzil etdi"
25-04-2016, 20:56
Meymun məşhur iş adamının ölümünə səbəb oldu
6-04-2016, 15:05
Futbol azarkeşləri əsgərlərə dəstək oldu - FOTO
3-02-2022, 10:42
Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir
20-12-2022, 11:30
Ata oğlunun “ciyəraxşamı”nda qumar təşkil etdi
11-06-2016, 18:41
Cəlilabadın kəndi su altında qaldı - Foto
9-02-2018, 11:55
Dünya çempionatının kuboku-BAKIDA