Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
Tarix: 24-12-2015 | Saat: 11:18
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Məndə sənin üçün yaxşı iş var”.

“Kainat gözəli 2015” müsabiqəsində səhvən qalibin tacını almış “Miss Kolumbiya” Ariadna Qutyerresə porno-filmlərdə çəkilmək təklifi gəlib, TMZ yazır.

Xeberaz.az Lenta.ru-ya istinadən xəbər verir ki, böyüklər üçün filmlər çəkən Vivid Entertainment kinostudiyasının sahibi Stiv Hirş Qutyerresə ünvanlandığı açıq məktubda “özünə tərəfdaş, seksin növü və filmlərin sayını” seçməyi təklif edib.

Hirş çəkilişdə iştirakına görə “Miss Kolumbiyaya” 1 milyon dollar qonorar təklif edib. O həmçinin bildirib ki, bir çox qadınlar öz karyeralarına açıq-saçıq fotoşəkillərin dərc olunması və porno-filmlərdə çəkilişlə başlayıblar.

Analoji təklif Pornohub portalının Twitter səhifəsində dərc olunub.

“Ağlama, “Miss Kolumbiya”, məndə sənin üçün yaxşı iş var”, - deyə, Caracol TV sitat gətirir.

Qeyd olunur ki, Qutyerres özü hələlik bu məlumatı təsdiqləməyib

Kolumbiya prezidenti Xuan Manuel Santos bildirib ki, ölkə səhvən tacı almış Ariadna Qutyerres Arevalo ilə fxər edir.

“Sən bizim üçün “Kainat gözəli” olaraq qalacaqsan!”, - deyə, o, Twitter-də yazıb.
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO
“Kainat gözəli” iştirakçısına porno-filmdə çəkilməyi təklif etdilər – FOTO


Xəbəri paylaş

1 9478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___