Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərin Qapanalı kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib
Tarix: 23-12-2015 | Saat: 15:55
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Tərtərin Qapanalı kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib
Yeni il ərəfəsində düşmənlə təmas xəttində yerləşən Qapanalı kəndində yeni tibb mənətəqəsi istifadəyə verilib

Bu münasibətlə keçirilən açılış mərasimini girş sözü ilə Qaraağacı kənd İƏD-i üzrə nümayəndə əvəzi Lətif Həmidov açaraq sözü kəndin ağsaqqalı Məzahir Quliyevə verdi.

Ağsaqqal xeyir-duasıyla başlayan tədbirdə mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidənqurma üzrə Agentliyin Baş Meneceri Əhməd Əhmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək ölkə rəhbəri tərəfindən sərhəd bölgələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan söhbət açdılar. Kənd sakinləri onlara göstərilən qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara uzun ömür can sağlığı firavan həyat arzuladı. Rayon rəhbəri tezliklə Qarabağın işğaldan azad olunmasını, Azərbaycan bayrağını Qarabağda dalğalanması arzusunu dilə gətirdi. O, qeyd etdi ki, sərhəd bölgəsində yaşayan insanlar hər şeyin ən yaxşısına layiqdirlər. Çünki Siz təmas xəttində yaşayırsınız, düşmənlə üzbəüz atəş altında yaşayır, işləyirsiniz. Ordumuza güvənir, bir gün də doğma kəndinizi tərk etməmisiniz. Xalq və ordu birdir. Ordumuz xalqa güvəndiyi kimi xalq da orduya arxalanır. Bu birlik nəticəsində qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər, əksinə, neçə-neçə kəndi erməni işğalından azad ediblər. Tərtərlilər uşaqdan tutmuş böyüyədək bu gün də Ali Baş Komandan, möhtərəm prezidentimiz cənab İlham Əliyevin vətənin müdafiəsi əmrinə hazırdırlar.

Rayon rəhbəri öz çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev kursunun layiq davamçısı olan respublika Prezidentinin diqqət və qayğısı altında bu gün respublikamızın hər yerində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində geniş tikinti-abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, parklar salınır, yeni məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri, ictimai binalar tikilir.

Biz bunu düşmənlə 48 km təmas xətti olan rayonumuzun da timsalında görürük. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Tərtər bu gün böyük bir tikinti meydançasını xatırladır. Yeni inzibati binalar, yaşayış evləri tikilir, yollar çəkilir, yaşıllıq zolaqları salınır. Rayon mərkəzində 100 yerlik körpələr evi-uşaq bağçası, analoqu olmayan şahmat məktəbi, kənd təsərrüfatı idarəsi inşa olunur. Artıq kəndlərimizin 32-də qazlaşma başa çatıb. 10 yaşayış məntəqəsinə isə qaz çəkilişi davam etdirilir.

Uzun illər işıqsız qalan Çaylı kəndinə elektrik xətti çəkilmişdir.

Ayrı-ayrı vaxtlarda rayonda yüksək vəzifə tutmuş şəxslərin öz vəzifə səlahiyyətlərindən istifadə edərək atalarının adlarını verdikləri küçələrin adları dəyişdirilmiş, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun və Mübariz İbrahimovun adları verilmişdir. Daha iki küçənin adları dəyişdirilərək “Azərbaycan bayrağı” orednli Mehrac Mahmudovun və şəhid İlqar Həsənovun adları verilmişdir. Vəzir Orucovun adını daşıyan küçənin açılışı olmuş, küçənin girişində onun barelyefi qoyulmuşdur. Digər küçələrdə də abadlıq işləri aparılır.

29 ictimai binanın dam örtüyü dəyişdirilmiş, binaların fasad hissələri təmir olunmuşdur.

Hazırda Tərtər şəhəri və ona bitişik 11 kəndə su kanalizasiya sisteminin çəkilişinə başlanılmışdır. Bu, tərtərlilərin içməli su və kanalizasiya problemini həll edəcək. Bu görülən işlərin mərkəzində isə insan amili, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması durur. Qəhrəman tərtərlilər yaxşı işlədikləri, torpaqlarının bir qarışını düşmənə vermədikləri kimi, yaxşı da yaşamalı, istirahət etməlidirlər.

Yaşadığınız təmas xəttində yerləşən Qapanlı kəndinin timsalında da siz bu inkişafı aydın görürsünüz. Yeni məktəbiniz var. Kəndinizlə yanaşı təmas xəttində yerləşən 4 yaşatış məntəqəsidə gecə işıqlandırması ilə təmin olunub,elektrik dirəkləri dəyişdirilib, naqillər SİP kabellə əvəz olunub. Telefon, qaz, su sarıdan probleminiz yoxdur.

İndi isə müasir tibbi avadanlıqlarla təchiz olunmuş, yeni tibb məntəqəsi istifadənizə verilir. Arzu edirəm ki, həmişə sağlam olasınız və yeni tibb məntəqəsində çalışan səhiyyə işçiləri sizə yüksək səviyyədə xidmət göstərsinlər. Çıxışının sonunda rayon rəhbəri bir daha kənd sakinlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.

Sonda rayon icra hakimiyyətinin başçısı ağsaqqalların iştirakı ilə tibb məntəqəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və ictimayyət nümayəndələrinin iştirakı ilə tibb məntəqəsinə baxış keçirilmişdir.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___