Çörəyin qiyməti qalxdı - 50 qəpik
Tarix: 23-12-2015 | Saat: 13:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər.
Xeberaz.az bizimyol.info-ya istinadən xəbər verir ki, artıq paytaxt və digər bölgələrdəki bəzi marketlərdə çörəyin qiyməti qaldırılıb. Unun qiymətinin qalxması çörək və çörək məhsulların qiymətinə də öz təsirini göstərib. Ekspertlərin fikrincə əgər unun qiyməti qalxıbsa, əlbəttə o çörəyin qiymətinə də təsir etməlidir. Ola bilsin ki, çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.
Bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Mağazada alış-veriş edən xanımlardan biri deyir ki, qiymətləri insanlar süni şəkildə qaldırır: "Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq"
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

21-10-2019, 15:58
Baş Prokurorluqdan AÇIQLAMA: "Əli Kərimli başını dəmir parçasına çırpıb"
28-04-2017, 11:43
Robert Prosineçki bukmekerdə 10 min uduzdu-FOTO
23-07-2016, 14:25
Xalq artisti imicini dəyişdi: "QIVIRCIQ OLDUM..."- FOTOLAR
20-02-2020, 08:04
Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir
22-03-2023, 18:08
“Maşını sürə-sürə intim təklif etdi, mən isə..." - Tərtərdə şok əməllər
28-01-2016, 02:14
Magistr hazırlığı qaydasında dəyişiklik
3-08-2016, 17:10
Prezidentin oğlu 19 yaşını qeyd edir – FOTOLAR
21-07-2017, 22:57
Rəsmi nikah, ya dini kəbin – İLAHİYYATÇI ŞƏRHİ
19-01-2018, 17:14
Bakıda BİABIRÇI HADİSƏ-Dayı azyaşlı bacısı qızını dəfələrlə zorladı
31-01-2019, 00:32
Dr.Cavid İsmayılovun uğurlu əməliyyatından sizlərdə faydalanın-FOTO