Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Tarix: 22-12-2015 | Saat: 20:53
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Tanınmış estrada müğənnisi Murad Sadıx 90-cı illərdə yetərincə hit olmuş "Dinle" adlı türk mahnısını repertuarına daxil edib.
Saytımıza verdiyi açıqlamasında Murad nə səbəbdən bu bəstəni ifa etməsinə aydınlıq gətirdi:
"Mahnı ilk dəfə 1994-cü ildə türk müğənnisi Nuray Hafiftaş tərəfindən oxunub. Ötən illər ərzində bizim ifaçılar da bu mahnıya öz repertuarlarında yer veriblər. Mənə gəldikdə isə gizlətmirəm, bu mahnını sevdiyim xanım üçün oxumuşam. Adı hələ ki, sirr qalsın.
Mahnının orijinallığını qoruyub saxlasaq da aranjimana görə dəyərli musiqiçimiz Nazim Əhmədə təşəkkür edirəm.
"Dinle"ni peşəkar səs rejissoru Faiq Babayevin studiyasında lentə aldıran zaman çox maraqlı hadisə baş verdi. Faiq müəllim məsləhət gördü ki, mahnıda ikinci ifaçıya, daha dəqiqi bekləri oxumaq üçün xanım səsinə ehtiyac var.
Vaxt azlığından qadın müğənnilərimizə müraciət edə bilmədik. Ona görə də köməyə doğma bacım Səbinə xanım gəldi. O, müğənni olmasa da şirin səs sahibidir. Fikrimcə təsadüf nəticəsində verilən bu qərar uğurla nəticələndi. İnanıram ki, mahnını dinləyəcək oxucularınız zəhmətimizi müsbət dəyərləndirəcəklər".
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
Səs yazma studiyasında çəkilən fotoları və bəhs etdiyimiz mahnının linkini təqdim edirik.
https://www.youtube.com/watch?v=wwAxnzU7CRU&app=desktop


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___