Bakıda müşahidə olunan xoşagəlməz qoxu ilə bağlı – AÇIQLAMA
Tarix: 22-12-2015 | Saat: 18:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu, xəstə insanlar üçün diskomfort yaradıb.
Bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarında müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb.
Xeberaz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhərində son 3 gündə əlverişsiz metroloji şərait bərqərar olub.
Tez-tez istiqamətini dəyişən zəif küləklər, nisbi rütubətliliyin yüksək olması, axşam saatlarında temperaturun aşağı, gündüz saatlarında temperaturun yüksək olması ilə bağlı hava hövzəsində yığılan, nəqliyyatdan və stasionar mənbələrdən atılan tullantıların səpələnməsi üçün əlverişli meteoroloji şərait yaradıb.
Buna görə də bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarının bir hissəsində xoşagəlməz iyi ilə müşahidə olunub. Günün sonuna doğru şimal küləyinin güclənməsi gözlənilir.
Nazirlikdən bildirilib ki, artıq günorta saatlarından xoşagəlməz qoxu zəifləyib və bu hal itmək üzrədir. Küləyin sürətlənməsi ilə qısa müddət ərzində iy də olmayacaq.
Nazirlik bildirir ki, sağlam insanlar havada müşahidə olunan bu halı ancaq qoxu ilə hiss edir, ancaq ola bilsin ki, bu, xəstə insanlar üçün diskomfort yaradıb. Lakin atmosfer hövzəsindən götürülmüş nümunələrdə zərərli qaz qarışıqlarının miqdarında artım qeydə alınmayıb, norma həddində olub. İnsan sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

19-09-2022, 11:39
“VİKTORİYA-313” MTK-nın rəhbərindən PREZİDENTƏ ŞİKAYƏT OLUNDU
15-03-2015, 11:38
"Elnur "Eurovision"la bağlı açıqlama verəcək"
17-08-2017, 12:07
Nail Allahverdiyev özünə yeni vəkil tutub
29-03-2017, 16:06
Sərkisyan ətrafına inamını itirib – Erməni KİV-i
22-05-2017, 20:02
İslamiadanın bağlanış mərasiminin DETALLARI
18-10-2023, 13:11
İsrail Qəzza zolağında xəstəxanaya hücumda iştirak etmədiyini təsdiqləyən audio və video yayımlayıb - VİDEO
17-03-2021, 14:21
Ermənistana əməli təsir və təzyiq göstərilməlidir - Nazir
11-10-2015, 12:15
Samin Dəniz: "Həyatını sənətə həsr edən..."
4-10-2017, 12:59
Yağışlar səngiyəcək