Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Körpüdən yerə çırpıldı - parça-parça oldu - VİDEO
Tarix: 19-12-2015 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Körpüdən yerə çırpıldı - parça-parça oldu - VİDEO
Nəzarətdən çıxan avtomobil körpüdən yerə çırpıldı, daha bir neçə dəfə havada dövrə vurdu, sürücünün burnu belə qanamadı. İzləyənləri dəhşətə gətirən görüntülər Rusiyada lentə alınıb.

Baş verən hadisə yoldakı müşahidə kameraları tərəfindən anbana lentə alınıb. Buzlu yolda yüksək sürətlə hərəkət edən sürücü, sükana nəzarəti itirib. Bu zaman avtomobil körpüdən yerə uçub. Yerə çırpılma o qədər şiddətli olub ki, avtomobil bir neçə dəfə fırlanaraq parça-parça olub.

Qəzanın şahidi olan sürücülər avtomobillərini saxlayaraq, dərhal həmin şəxsin köməyinə çatıblar. Onlar sürücünün öldüyünü və ya ağır yaralandığını düşünsələr də, möcüzəyə şahid olublar. Tanınmaz hala düşən avtomobilin sürücüsü heç nə olmamış kimi maşından kənara çıxaraq, nə baş verdiyini anlamağa və hadisənin şokunu üstündən atmağa çalışıb. Onun heç bir xəsarət almaması təəccüb doğurub.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
10-03-2022, 14:01 Bakıya sulu qar yağacaq

bütün xəbərlər
____ Instagram ___