Polis Nardaranda əməliyyat keçirir: Saxlanılanlar var
Tarix: 18-12-2015 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir.
Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib.
Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.
Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.
Nardaran sakini Məşədi Natiq Kərimov isə bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir.
Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Xatırladaq ki, Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.
Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

4-05-2016, 19:56
"BakuBus"un avtobusu vuruldu - Foto
12-11-2022, 12:27
“8-ci km Bazarı”nda ciddi pozuntular aşkarlanıb - VİDEO - FOTO
30-04-2017, 18:01
"Bəxtsizlik" deyə bir şey varmı?
13-01-2016, 20:02
Neft Fondu valyuta satışını bərpa etdi
1-05-2019, 23:02
“Traktor”da qalmaqal: qapıçı və arvadı həbs edildi - FOTO
29-07-2015, 02:53
Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb.
20-05-2015, 20:07
“Liverpul”un ən yaxşı futbolçusunu fitə basdılar
16-10-2016, 19:31
Rəqsanə elə dəyişdi ki, görənlər tanımadı - FOTOLAR
13-12-2015, 10:35
Azərbaycanlı pokerdə 250 min avro uddu VIDEO