"Günəşli" platformasında yanğın söndürülüb (RƏSMİ)
Tarix: 17-12-2015 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb.
Xeberaz.az məlumat verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. O qeyd edib ki, bununla dənizə neft dağılmalarına görə yarana biləcək ekoloji fəlakətin qarşısı tamamilə alınıb. N.Quliyevin sözlərinə görə, platformadakı yanan qaz quyularında isə yanğın söndürülmək üzrədir:
"Biz yanğını ən qısa zamanda söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq. Bundan sonra quyular yenidən istismara veriləcək" - o, əlavə edib.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.
Xəbəri paylaş
5808 dəfə oxunub.
Digər xəbərlər

21-05-2017, 12:47
Filipp Lam və Xabi Alonso karyerasını bitirdi -Foto
17-05-2018, 10:06
Fəridənin meyiti ailəsinə təhvil verildi - Dəfn üçün Bakıya gətirilir
24-03-2022, 11:45
Füzulidə minaya düşən gəncin son durumu açıqlandı
28-01-2017, 15:08
İmtahanların qiymətləri belə tənzimlənəcək
16-10-2019, 00:02
“Playboy” gözəli prezidentliyə namizədliyini irəli sürdü
20-06-2015, 19:09
Sarkisyanın iqamətgahına hücum hazırlanır
7-05-2016, 21:24
Ərdoğan içki içsəydi... - Ərdoğanın müəllimi
10-02-2018, 19:06
Afrində Türkiyəyə məxsus helikopter vurulub-2 şəhid var