Polis mitinqlə bağlı xəbərdarlıq etdi
Tarix: 03-04-2015 | Saat: 20:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Qanuna zidd əməllərə yol verilməyəcək”.
Milli Şuranın üzvləri - Fuad Qəhrəmanlı və Namizəd Səfərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağırılıblar.
xəbəraz.az xəbər verir ki, F. Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və nümayəndəsi onları qəbul edib.
S. Bağırov Milli Şuranın qiymət artımına etiraz məqsədilə aprelin 5-də 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı onlara xəbərdarlıq edib.
Milli Şura üzvlərinə bildirilib ki, aksiya zamanı iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar:
“Biz də bildirdik ki, tərəfimizdən hər hansı qanuna zidd əməllərə yol verilməyəcək və aksiyanın dinc şəraitdə keçirilməsini təmin edəcəyik”.
Xatırladaq ki, Milli Şuranın mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

13-07-2018, 18:38
Gəncə hadisələrinin xaricdən idarə edildiyi bir daha təsdiqləndi
12-01-2016, 19:30
Məlahət Abbasova: "Röyanı elə bir adam tapşırıb ki, ona görə susmalıyam"
14-09-2018, 19:59
"Ermənistanın AŞ PA-dakı nümayəndələrinin Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır"
31-08-2021, 09:54
Məktəbin yanında küçəyə atılmış körpə tapıldı
26-01-2022, 09:54
Röya Ayxanın qardaşı nişanlandı - VİDEO
29-07-2017, 12:36
Fahriye Evcenin makiyajı ilə bağlı hiylələr
23-05-2016, 19:57
ABŞ bankı bədbin neft proqnozunu dəyişdi
26-09-2018, 14:55
Xalıqverdi Hüseynov niyə narazılıq yaradır?- Paytaxtda da 3000 manat cərimə,bölgələrdə də?..