Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Külli miqdarda borcunu geri ala bilməyən şəxs depressiyaya düşüb intihar etdi
Tarix: 12-03-2015 | Saat: 17:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Külli miqdarda borcunu geri ala bilməyən şəxs depressiyaya düşüb intihar etdi
Hadisə Yasamal rayonunda baş verib.

Bakıda intihar hadisəsi baş verib.

Xeberaz.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospekti 22/26 ünvanında qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Füzuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, martın 11-də səhər saat 11:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun icarəyə götürdüyü ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

E.Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, bəzi KİV-lərin yazdığına görə, hadisə F.Qasımovun rəhbərlik etdiyi tikinti materiallarının satışı üzrə şirkətin ofisində baş verib.

F.Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb.

F.Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb və özünü öldürüb.


Xəbəri paylaş

7948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___