Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvanda mənzillərdən oğurluq edən şəxslər tutuldu
Tarix: 16-12-2015 | Saat: 23:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şirvanda mənzillərdən oğurluq edən şəxslər tutuldu
Hər iki şəxs barəsində cinayət işi açılıb.

Şirvan polisi 8 evdən oğurluq 2 nəfəri şübhəli şəxs qismində saxlayıb.

Xəbəraz.az -ın APA-ya istinadən məlumatına görə, Şirvan polis şöbəsinin əməkdaşları mənzillərdən silsilə oğurluq edən Şirvan şəhər sakinləri, S.Vurğun küçəsi, ev 2, mənzil 9-da yaşayan 1996-cı il təvəllüdlü Abbasov Zahid Eldar oğlu və G.Şıxbalaoğlu küçəsi ev 137, mənzil 5-də yaşayan 1994-cü il təvəllüdlü Əliyev Elçin Elşən oğlunu saxlayıb. Həmin şəxslər müxtəlif vaxtlarda mənzillərə daxil olaraq oradan xeyli miqdarda qızıl-zinət və məişət əşyaları oğurlamaqla vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar.

Belə ki, 11 sentyabr 2015-ci il saat 03:00 radələrində Yaqubov Roman Albert oğluna məxsus evə daxil olaraq oradan 5750 dəyərində qızıl-zinət əşyaları götürüblər. Bundan başqa 7 dekabr və 13 dekabr gecə saatlarında Şirvan sakini, Mehriban Qurbanovaya məxsus gözəllik salonundan ümumilikdə 779 manat dəyərində əşyalar oğurlayıblar. Dekabrın 14-ü, saat 02:00 radələrində Muradov Elşən Novruz oğluna məxsus fərdi yaşayış evindən 175 manat dəyərində məişət texnikası və əşyalar oğurlayıblar. Elçin Əliyev 8 may gecə saat 02:00 radələrində Səmədova Mətanətə məxsus fərdi yaşayış evindən 3300 manat və 2000 ABŞ dolları miqdarında qızıl-zinət əşyaları oğurlayıb. Adı çəkilən şəxslər sonuncu dəfə T.İsmayılov küçəsində yerləşən Soltanov İsrayıla məxsus mağazadan oğurluq etmək istəyərkən mağaza sahibi tərəfindən yaxalanaraq polisə təhvil verilib.

Hər iki şəxs barəsində Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___