Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram ərəfəsində ətin qiyməti qalxdı
Tarix: 15-12-2015 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bayram ərəfəsində ətin qiyməti qalxdı
“Ətin qiymətinin üstünə bir-iki qəpik qoymalıyıq”.

Yeni il ərəfəsində ətin qiymətində artım müşahidə olunur.

Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, Bakının müxtəlif ərazilərində yerləşən ət kəsimi yerlərində və dükanlarda ət fərqli qiymətlərlə satılır.

Məsələn, Binəqədi və Masazırda yerləşən ət kəsimi yerlərində mal ətinin 1 kiloqramı 7 manata satıldığı halda, Bakının mərkəzi hissələrində qiymətlər fərqlidir.

Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı ət kəsimi dükanlarında mal ətinin 1 kiloqramı alıcılara 8 manat, bəzən isə 8 manat 50 qəpiyə satılır.

Mal əti ilə yanaşı, qoyun ətinin qiymətində də artım var. Belə ki, noyabrda qoyun ətinin 1 kiloqramı ət kəsimi yerlərində alıcılara 8 manata təklif olunurdusa, hazırda bu rəqəm 9 manat, bəzi yerlərdə isə hətta 9 manat 50 qəpikdir.

İki həftə əvvəl əti daha ucuz qiymətə aldıqlarını deyən alıcılar isə qiymət artımından narazıdırlar. Onların sözlərinə görə, süni şəkildə qiymətləri artırmaq satıcıların xeyrinə olmayacaq:

“Artıq qohumlarla birlikdə bizə lazım olan əti gedib rayonlardan alırıq. Qiymətləri artırmaqla onlar öz müştərilərini itirirlər. Satan elə qiymət qoymalıdır ki, alıcının almağa gücü çatsın”.

Digər alıcı da ətin qiymətlərinin süni şəkildə artırıldığını bildirir:

“Həmişə bayram ərəfəsində belə edirlər. Bayramdan sonra isə qiymətlər aşağı salınır".

Ət kəsimi məntəqələrində satıcılar ətin qiymətlərinin bahalaşmasını təsdiqləsələr də, süni şəkildə artımla bağlı ittihamları qəbul etmirlər:

“Qoyunu da, malı da Bərdədən gətirirəm. Camaat elə bilir ki, özümüz saxlayıb, özümüz də kəsib satırıq. Mən Bakıda yaşayıram. Heyvan saxlamağa şəraitim yoxdur. Onlar haqlıdırlar: əgər özüm saxlasaydım, daha ucuz satardım. Heyvanları rayondan alıb gətirdiyimiz üçün ətin qiymətinin üstünə bir-iki qəpik qoymalıyıq".

Başqa bir satıcı digər maraqlı bir məqama toxunur. Onun sözlərinə görə, iki həftə əvvəl qoyunu daha ucuz aldıqları üçün qiymətlər də münasib idi:

“Etiraf etmək lazımdır ki, iki həftə əvvəl heyvanı daha ucuz alırdıq. İndi həmin qiymətlərlə ala bilmirik. Ona görə də məcburuq ki, əti bir az əvvəlkindən baha qiymətə sataq. Yəni bu səbəb bizdən qaynaqlanmır”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev isə bildirib ki, hər həftə ət kəsimi yerlərində və bazarlarda bununla bağlı monitorinqlər aparılır:

“Əməkdaşlarımız təkcə ət kəsimi deyil, bütün məhsullarla bağlı yerlərdə araşdırmalar aparırlar. Kənd Təsərrüfatı Nazirliyində ətin qiymətinin artması ilə bağlı fakt yoxdur. Amma qiymət artımı məsələsində sahibkarlar sərbəstdir”.

Qeyd edək ki, demək olar, bir çox bayramlar ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə paytaxtda və ölkənin digər böyük şəhərlərində kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar təşkil olunur. Yarmarkalarda məhsulların, o cümlədən ətin qiyməti alıcılara digər satış məntəqələrindəki qiymətlərdən xeyli ucuz təklif olunur.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___