Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin Bakıya konkret təkliflərlə gəlir
Tarix: 03-04-2015 | Saat: 00:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Putin Bakıya konkret təkliflərlə gəlir
“NATO Cənubi Qafqazda aktivliyini Gürcüstan vasitəsilə artırır”.

Xeberaz.az xəbər verirki . Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın Bakıya təzyiqlərini artırmağa çalışdığını bildirib:

“Uels Sammitindən sonra biz institut olaraq Axar.az vasitəsi ilə bugünkü Cənubi Qafqazın siyasi durumunun analizini vermişdik. NATO Cənubi Qafqazda aktivliyini Gürcüstan vasitəsilə artırır və 2016-cı il növbəti NATO zirvə görüşünə qədər Gürcüstanın üzvlüyünü sürətləndirmək istəyir. Gürcüstanın NATO üzvlüyünə yaxınlaşması rəsmi Bakını Rusiya basqısından xilas edəcək. Rusiya bunu bilir və baş verən bütün siyasi prosesləri diqqətlə izləyir. Hazırkı çətin siyasi və iqtisadi durumda Putinin Bakıya səfəri sadəcə hər hansı görüş üçün deyil. O, konkret təkliflərlə Bakıya gəlir. Hesab edirik ki, rəsmi Bakı Putinin təkliflərindən yaxa qurtarmaq üçün Avropaya inteqrasiyanı daha da sürətləndirməlidir”.

F.Məmmədovun fikrincə, Moskva son cəhdlərini edir: “Putinin bu səfərini siyasi işğala cəhdin ilkin mərhələsi adlandırmaq olar. Bunun üçün əsaslar var: 1. Dağlıq Qarabağ ərazisində ermənilərin uğursuz da olsa, hər gün keçirdiyi kəşfiyyat diversiya əməliyyatları; 2. Siyasi basqılar. Hazırkı geopolitik gərginlikdə Cənubi Qafqaz uğrunda başlayan bu siyasi savaşı təsəvvür etmək çətin deyil. Biz inanırıq ki, rəsmi Bakı Avropa və Amerika ilə münasibətlərini daha da sıxlaşdırmaqla bu gərginlikdən uğurla çıxacaq və Moskvanın siyasi, hərbi və iqtisadi basqıları heç bir nəticə verməyəcək”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Rusiya Prezidenti Vladimir Putinin Avropa Olimpiya Oyunları zamanı Bakıya səfər edəcəyi haqqında informasiya yayılmışdı.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___