Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
General-mayordan mitinqlə bağlı – XƏBƏRDAQLIQ
Tarix: 12-03-2015 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

General-mayordan mitinqlə bağlı – XƏBƏRDAQLIQ
“Günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Xeberaz.az xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 15-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək barədə müraciətinə razılıq verib.


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___