Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 günlük alma pəhrizi. Bağırsaqların təmizlənməsi Сəmiyyət
Tarix: 13-12-2015 | Saat: 18:05
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

1 günlük alma pəhrizi. Bağırsaqların təmizlənməsi Сəmiyyət
Müasir insanların əksəriyyəti düzgün qidalanmır, təmiz su içmir, azhərəkətli həyat sürür, tez-tez streslərə məruz qalır və s.
Bu isə, o cümlədən, bağırsaqların funksiyasına çox mənfi təsir edir. Bağırsaqların pis boşalması, orada toksinlərin, şlakların, nəcis daşların yığılması orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Bu xroniki intoksikasiya isə orqanizmin bir çox orqan və sistemlərində (ürək-damar, sinir sistemi, dəri və s.) pozulmaların inkişafına təkan verir.

Xeberaz.az saglamolun.az-a istinadən 1 günlük alma pəhrizini təqdim edirik. Bu pəhrizin köməyi ilə siz bağırsaqları yaxşı təmizləyə bilərsiniz. Alma qidalı liflər və pektinlərlə zəngindir ki, bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələrin çıxmasını sürətləndir. Pəhrizdən ayda 2-3 dəfə istifadə etmək olar. Bu həmçinin bədən çəkisinin azalmasına kömək edəcək.
Pəhriz günündən 1 gün əvvəl və 1 gün sonra daha yüngül qidaları qəbul edin, çoxlu təmiz su için. Şam yeməyiniz tərəvəz salatından ibarət olmalıdır.
Pəhriz günü səhər acqarına 1 stəkan ilıq su için və 30 dəqiqədən sonra 2 alma yeyin.
Gün ərzində siz 2 kq alma yeməlisiniz və 2 l təmiz su içməlisiniz. Daha turş alma sortlarına üstünlük verin.


Xəbəri paylaş

8658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___