Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO
Tarix: 12-12-2015 | Saat: 16:56
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO
Yolun hərəkət hissəsinin eni 6-7 metrdir.

Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində çökmənin baş verdiyi əraziyə alternativ olaraq yeni yol hissəsi salınıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla da həmin istiqamətdə nəqliyyat vasitələrinin normal, təhlükəsiz hərəkəti təmin olunub.

Yeni yol hissəsinin uzunluğu 400 metr, hərəkət hissəsinin eni 6-7 metr olmaqla, ümumi eni 8-10 metrdir. Ərazinin relyefinə uyğun olaraq 1-2 metr qalınlığında yeni yol yatağı tikilib. Əraziyə 10 min kubmetr daş-çınqıl tökülüb. Dağdan yola doğru gələn su axınını ötürmək üçün yolun altından 2 ədəd 15 metr uzunluğunda 1250 mm və 750 mm diametrli su boruları qoyulub.

Yeni yol hissəsinin salınması istiqamətində işlər “Azəryolservis” ASC tərəfindən Yardımlı rayon İcra Hakimiyyətinin köməkliyi ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə 22 saylı Masallı, həmçinin 23 saylı Yardımlı Yol İstismar idarələrinin texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu.

Qeyd edək ki, bir neçə gün bundan öncə Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində olan aktiv sürüşmə zonasında çökmə baş vermişdi. Çökmə yolun təqribən 1,5 metr hissəsini əhatə etmişdi. Bu səbəbdən həmin ərazidə yeni alternativ yol hissəsinin salınması istiqamətində işlərə başlanılmışdı. Alternativ yol hazır olana qədər isə mütəmadi çökmə baş verən əraziyə yolun nəqliyyat vasitələri üçün bağlanmaması məqsədilə daş-çınqıl tökülürdü.
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO
Masallı-Yardımlı yolunda 400 metrlik alternativ yol salındı - FOTO


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___