Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda falçını öldürən hüquqşünas danışdı - VİDEO
Tarix: 02-04-2015 | Saat: 21:20
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda falçını öldürən hüquqşünas danışdı - VİDEO
“Bir-iki dəfə yanında olmuşam...”

Martın 14 -də Bakıda falçını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov barəsində həbs-qətimkan tədbiri seçilib.

Xeberaz.az APA TV-yə istinadən xəbər verir ki, hadisəni törədəndən sonra taksi ilə yaşadığı Goranboy rayonuna qayıdan Cahangirovu Səbail Rayon Polis İdarəsinin əməkdaşları yaxalayıblar. Saxlanılan şəxs mərhum Tahir Talıbovu çoxdan tanıdığını, onun yanına gedib gələndən sonra baş ağrılarından və əsəb gərginliyindən əziyyət çəkdiyini bildirib: “Bir-iki dəfə yanında olmuşam, baş ağrılarımla bağlı, amma ağrılarım keçmədi, əksinə daha da şiddətləndi. Onu anlaqsız vəziyyətdə öldürmüşəm”.

İstintaqla müəyyən edilib ki, Tahir Talıbova 9 bıçaq zərbəsi yetirilib. Xəsarətlər əsasən baş, ənsə və kürək nahiyələrində olub: “Hadisənin necə baş verdiyini xatırlamıram”.

Qeyd edək ki, qətlə yetirilən Lerik rayon sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovu İçərişəhər ərazisində mənzillərdən birini kirayə götürərək orada falçılıqla məşğul olub. Hadisəni törədən şəxsin “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu bildirilir.


Xəbəri paylaş

9058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___