Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cinsi xəstəliklərdən bu cür qorunun - YOLLARI
Tarix: 11-12-2015 | Saat: 10:36
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Cinsi xəstəliklərdən bu cür qorunun - YOLLARI
Cinsi yolla keçən xəstəliklər ancaq cinsi xəstəliyi olan biri ilə əlaqə zamanı, ya da fiziki təmas əsnasında keçir. Təbii ki, birdən çox seks partnyoru olan insanların bu xəstəliklərə yoluxma riski daha yüksəkdir.

Hazırda çox sayda cinsi yolla keçən xəstəliklər məlumdur. Ən çox rast gəlinəni QİÇS, Hepatit B, sifilis, xlamidios, genital herpes, lenfogranuloma venereum kimi xəstəliklərdir.


Xəstəliyə səbəb olan faktora bağlı olaraq xəstənin şikayətləri müxtəlif ola bilər. Əsasən qadında anormal vaginal axıntı olur, çox zaman vaginal-vulvar həssaslıq və əvvəllər hiss edilməyən pis qoxu gələ bilər. Sidik ifraz edərkən yanma, ağrı, tez-tez sidik ifraz etmə, qasıxlarda şişlik və vəzlər, qarnın alt hissəsində ağrı, cinsi əlaqə zamanı ağrıdan sonra qanama ilə bərabər digər simptomlar. Lakin unutmayın ki, cinsi yolla keçən xəstəliklərdə bu əlamətlərin biri və ya bir neçəsi birlikdə müşahidə edilə bilər. Diaqnoz və müalicə üçün cinsi yolla keçən bir xəstəlikdən şübhələndiyiniz zaman mütləq həkim müayinəsinə gedin.

Bu xəstəliklərdən qorunmaq üçün güvənli cinsi münasibət vacibdir. Cinsi əlaqə zamanı prezervativdən istifadə təmas zamanı bədəndəki mayelərin yoluxmasının qarşısını aldığı üçün qorunmağı yüksək dərəcədə təmin edir. Cinsi baxımdan tərəf müqabilinizin çox olması xəstəliyə yoluxma riskini də artırır. Başqalarının istifadə etdiyi şpris, iynə və ya ülgüc kimi qanın bulaşdığı əşyalardan təkrar istifadə qəti qadağandır.

Vaginal xüsusən, göbələyə bağlı infeksiyalar tez-tez rast gəlindiyi üçün ginekoloji müayinələrin böyük bir hissəsini təşkil edir. Vaginal infeksiyalardan qorunmaq üçün vaginal bölgənin gigiyenasına, tez-tez yuyulması və xüsusən gigiyenik vasitələrlə təmizlənməsinə xüsusi diqqət edin. Ətirli sabun və duş gellərindən qaçın. Bu cür sabunlarda kimyəvi maddələr göbələk infeksiyalarının yaranmasına səbəb olur. Eyni vəziyyət yuyucu vasitələrə də aid edilir. Sintetik materialdan hazırlanan geyimlər və alt paltarları seçməniz məsləhət deyil. Ətirli sabunlar, dezodorantlar və hamam köpükləri ilə yaxından təmas etməyin.

Cinsi yolla keçən xəstəliklərin müalicəsi həkim nəzarəti altında olmalıdır. Qadınlar və kişilər həm öz sağlamlıqlarını qorumalı, həm də sevdikləri insanın sağlamlığını təhlükəyə atmaqdan çəkinməlidirlər. Şikayətiniz varsa, bundan utanmayın və həkimə müraciət edin. Unutmayın ki, risksiz cinsi münasibət üçün mütləq lazımi tədbirlər görülməlidir.


Xəbəri paylaş

1 1498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___