Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kukla Teatrından uşaqlara tətil hədiyyəsi
Tarix: 09-12-2015 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Kukla Teatrından uşaqlara tətil hədiyyəsi

Dekabrın 20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşasının premyerası olacaq. Kulisin məlumatına görə tamaşa rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı “Oyaq gözəl” pyesi əsasında hazırlanıb.

Birhissəli uşaq tamaşasının rejissoru Anar Məmmədov, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.

Qeyd edək ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də məhz bu tamaşa ilə çıxış edəcək. Qış pərisi, Yatmış gözəl, Cəngavər Pişik, xeyirxah Dəniz qulduru, sadiq dost Gonbul, yaraşıqlı Şahzadə kimi personajların yer aldığı tamaşa uşaqlara xoş anlar yaşadacaq.

Bundan başqa balacalar teatrda hər tamaşanın ardınca Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında əyləncəli proqramı da izləyə biləcəklər.
Kukla Teatrından uşaqlara tətil hədiyyəsi
Kukla Teatrından uşaqlara tətil hədiyyəsi


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
13-04-2015, 13:53 Tarixdə bu gün

bütün xəbərlər
____ Instagram ___