Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neftçi oğlundan ürək ağrıdan məktub...
Tarix: 08-12-2015 | Saat: 12:15
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Neftçi oğlundan ürək ağrıdan məktub...
Bu yazı dənizdə olan axtarışlara baxmayaraq, hələ də tapılmayan 26 neftçiyə və elə həmin gün eyni zamanda "Neft Daşları" NQÇ-nin 501-ci özülündə itkin düşən 3 nəfərin timsalında bütün neftçilərə həsr olunur.

Əzizim, Xəzər dənizi

Səni narahat edən sahilində dünya işığına göz açmış Cəfərov Abuzər Yusif oğludur. Atamın adını ona görə qeyd edirəm ki, deməyəsən, "mənim sahillərimdə o qədər adam dünyaya göz açıb ki, nə bilim, sən hansısan". Bildin də hansı Yusifi deyirəm, o Yusif Cəfərov ki, düz on il bundan əvvəl, elə məhz dekabr ayında onu bir gün daha artıq görməyim üçün dənizdə fırtına etmişdin... Məhz sənin bu köməyin sayəsində onunla vəsiyyətə bərabər son dəfə söhbət etmişdik. Düzdür, səhəri gün o, işə gedə bildi (kaş, o ay işə çıxmasaydı).

Bir neçə gün sonra da həmin qara xəbəri aldıq: "Cəfərov Yusif Nadir oğlunun halı pisləşib və Neftçilər xəstəxanasına apardılar".

Yəqin, dənizdəki son günlərində ən çox səninlə danışıb. Bəlkə də işə getməyinin səbəbi də elə səninlə dostluğu idi: son dəfə ürəyini sənə boşaltmaq istəyib. Axı nə də olmasa, bəlkə də gün hesabı hesablasaq, onu məndən daha çox sən görürdün, onun dərdlərindən məndən çox sən agah idin, hətta bəlkə də ona məndən daha çox sən dost idin. Bilirsən də, azərbaycanlılar övladları ilə çox dərdləşməyi sevməzlər, ümumiyyətlə, bizim bir xasiyyətimiz var ki, dərdimizi dili-ağzı olmayan birinə daha rahat danışırıq. Odur ki, sənin bütün neftçilərlə olduğu kimi onunla da yaxın dostluğun olduğundan əminəm. Odur ki, bu məsələni çox uzadıb sənin də, mənim də dərdimizi təzələmək istəmirəm. Əsas odur, mənim kim olduğumu artıq bildin.

Yazacaq bir kimsəm yoxdur deyə sənə yazıram. Sən hər zaman dostluğa sadiq çıxmısan. İndi də səndən əmimə görə xahiş edirəm. O, Günəşli yatağındakı xoşgəlməz yanğın hadisəsi səbəbilə həm dövlət tərəfindən, həm də mətbuat tərəfindən bir az unudulan, elə həmin gün güclü tufan nəticəsində Neft Daşları ərazisində dənizə saldığın üç nəfərdən biri olan Bəhmən Cəfərovdur. Əminəm ki, onunla da yaxşı dostluq münasibətlərin olub, o da lazım gələndə bəzi dərdlərini sənə danışıb, bəzi sevinclərini ilk səninlə paylaşıb. Bəlkə də ona görədir ki, hadisədən 4 gün keçməsinə baxmayaraq onu xilasedicilərə göstərmirsən. Dostluğun nə olduğunu mən də yaxşı bilirəm. Çox istədiyindən dostdan ayrılmaq çətin olur. Adam elə hey dostunu qucaqlayıb bədənini heç kimsəyə vermək istəmir. Amma sən gəl, bizi də anla. Axı biz də onun üçün nigaranıq, biz də onu bağrımıza basmaq istəyirik. Gəl inadı burax, əmimin bədənini bizə qaytar. Axı dost-dostu çox istəyəndə onun yaxınlarını, doğmalarını da çox istəyir. Gəl sən əmimi gözləyən bu qədər gözü yolda qoyma.

Səni and verirəm atamla olan on beş ilə yaxin, əmimlə olan iyirmi beş ilə yaxın dostluğunuza, əmimin (eləcə də hələ də axtarışları davam edən digər 26 neftçinin) elə günü bu gün tapıilmasına yardımçı ol! Söz verirəm, bir daha səni çirkləndirməyəcəm!!!


Xəbəri paylaş

1 1108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___