Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi - VIDEO
Tarix: 08-12-2015 | Saat: 10:56
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər

Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi - VIDEO
Bir neçə gündür ki, britaniyalı müğənni Adelin "25" albomunda yer alan "Million Years Ago" mahnısının Ahmet Kayadan plaqiat edildiyi iddiaları səslənir.

Xeberaz.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qreq Kurstinin (Greg K.) bəstəsi ilə A.Kayanın "Acılara tutunmak" (1985) mahnıları arasındakı bənzərlik türk dinləyicilərini belə düşünməyə vadar edib.

Musiqiçi Metin Özülkü bunu "sıradan bir təsadüf" adlandırıb. O, bu bənzərliyin normal olduğunu, çox mahnıda istifadə olunan standartdan, qəlibdən istifadə edildiyini deyib:

Adelin Ahmet Kayadan mahnı oğurlamasına peşəkar rəyi - VIDEO

"Doğrudur, ikisi də hissiyat olaraq çox bənzəyir. Amma bu, sadəcə təsadüfdür. Çünki musiqidiə müxtəlif harmonik qəliblər var. Burada da eyni qəlibdə yazılmış iki mahnını müzakirə edirik. Araşdırsanız, dünyada buna bənzər daha çox mahnı da tapa bilərsiniz. Dolayısıyla, amerikalı bəstəkarın Ahmet Kayadan təsirləndiyini ya da oğurladığını iddia edə bilmərik. Bu sıradan bir musiqidir, Ahmet Kayanınkı da orijinal deyil, çünki bu geniş yayılan standartlar üzərində yazılıb".

A.Kayanın həyat yoldaşı Gülten K. da dünya şöhrətli musiqiçinin belə plaqiat edəcəyinə inanmadığını deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu mahnıların digər bənzərləri kimi İlhan İremin "Yazık oldu yarınlara" (1973), Qeri Murun (Gary Moore) "Still Got the Blues" (1990) bəstələri də göstərilir.



Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___