Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ailə faciəsinin TƏFƏRRÜATLARI
Tarix: 08-12-2015 | Saat: 10:13
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda ailə faciəsinin TƏFƏRRÜATLARI
Ana və övladları hamamda huşsuz vəziyyətdə qalıb

Xeberaz.az bildirir ki, Dekabrın 5-də Bakının Pirşağı qəsəbəsində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, qəsəbədəki fərdi yaşayış evində yaşayan 1977-ci il təvəllüdlü Aynur Məmmədova 8 yaşlı qızı Banu və 9 yaşlı oğlu Əlişahı hamamda çimizdirirmiş. Bu zaman qaz sobasından çıxan dəm qazı hamam otağına dolub. Ana və 2 uşağı qazın təsiri ilə huşunu itirib.

A.Məmmədovanın həyat yoldaşı onların hamama girməsindən yarım saat keçməsinə baxmayaraq çıxmamalarından narahat olub və qapını döyüb. Hamamdan səsin gəlmədiyini görən ailə başçısı qapını sındırıb və xanımı ilə övladlarının huşsuz vəziyyətdə yerdə qaldığını görüb. O, ailə üzvlərini avtomobillə dərhal xəstəxanaya gətirib. Lakin artıq gec olub və 38 yaşlı A.Məmmədova keçinib. Tibbi müdaxilədən sonra orta məktəbin 2-ci və 3-cü sinfində oxuyan uşaqların həyatı üçün yaranmış təhlükə sovuşub.

*****

12:42

Dəm qazı Bakıda 2 nəfərin həyatına son qoyub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 5-də Xətai rayonu ərazisində yaşayan Vüqar Adıgözəlov mənzilində dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan Aynur Məmmədova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb, qızı Banu və oğlu Əlişah isə xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar aparılır.


Xəbəri paylaş

5348 dəfə oxunub.

Digər xəbərlər
29-04-2016, 11:36 Mayda hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___