Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Günəşli” xilasedicisindən tükürpədən faktlar
Tarix: 07-12-2015 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Günəşli” xilasedicisindən tükürpədən faktlar
Xeberaz.az xəbər verir ki,"Günəşli yatağındakı axtarış-xilasetmə işlərinin iştirakçılarından biri Denis Borodin alovlar içindəki platformada həyata keçirilən əməliyyatın gedişi barədə məlumat verib.
D.Borodin bu məlumatı öz facebook səhifəsində paylaşıb.
Xilasedicinin fikirlərini qısa ixtisarla təqdim edirik:
"Baş verənlərin bütün xırdalıqlarını təsvir etmək fikrim yoxdur. Amma onu deyim ki, biz köməyə gedən ilk adamlar olmuşuq.
30 adam hündürlüyü 11 metrə çatan dalğaların olduğu şəraitdə birinci qayıqdan soyuq dənizə düşmüşdü. Onlardan 4-nü sudan çıxara bildik. Əlbəttə ki, əsl kişilərin sayəsində. Bu kişilər öz həyatlarını riskə ataraq xilasetmə qayığını dənizə salladı. Baxmayaraq ki, bununla özlərini də təhlükəyə atırdılar. Onlar da bu dəhşətli uçuruma yuvarlana bilərdilər.
Gəminin illimünatoru sınmışdı, gəmi körpücüyünü su basmışdı. Projektorlar sönmüş, əsas mühərriklər işləmirdi. Buna baxmayaraq onlar heç olmasa kimisə xilas etmək üçün xilasetmə qayıqlarını suya salladılar.
Bu adamlar haqda xəbərlərdə danışmırlar. Əhsən o uşaqlara.
Təəssüf ki, xilas olunanlardan biri sudan çıxarılandan sonra həlak oldu. Dalğalar 26-sını isə birdəfəlik yuyub apardı. Hətta hidrokostyum geysən belə bu cür soyuq suda 4 saatdan artıq qala bilməzsən.
29 nəfər isə demək olar ki, 12 saat ikinci qayıqda oturaraq xilas anını gözləyib. Qayıq platformanın dirəklərinin arasına sıxışıb qalmışdı. Onların bəxti gətirdi. Hamısını xilas etdilər.
Daha 3 nəfər isə qayığa oturmağa macal tapmayaraq yanan platformada qaldılar. Onlar yanğın zonasından bir qədər aralıdakı tikilidə gizlənmişdilər.
Kaş siz onların fəlakət kanalı ilə dediyi "sizə yalvarırıq, üstümüzə su tökün, burada istidən yanırıq” sözlərini eşidəydiniz… Və gəmilər bu çətin havada bir-birinin ardınca platformaya yaxınlaşmağa çalışırdılar. Bu səhnə yaddaşımda həmişəlik qalacaq.
Vəziyyət indi xəbərlərdə gördüyünüz kimi deyildi. İndi bir neçə gəmi əla havada dayanıb platformanı söndürməyə çalışır. Həmin anlarda isə hava şəraiti belə deyildi, vəziyyət çox pis idi.
Burada adama pis gələn bilirsiniz nədir?! Hər dəqiqə zəng edən "böyük day-daylar”ın aramsız telefon zəngləri… Onlar xəbərlərdə məhz nələri deməyin lazım gəldiyini bilmək istəyirdilər. Sən bütün gücünü və diqqətini toplayıb qaranlıq dənizə baxır, kiminsə xilasetmə jiletindəki fənərin işığını fərq etməyə, kimisə xilas etməyə çalışırsan, amma hər dəqiqədən bir gələn telefon zəngləri və "nəyi danışmaq olar, nəyi yox” məzmunlu əmrləri ilə səni sadəcə bezdirirlər…”


Xəbəri paylaş

1 0338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___