Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azəryol”da keçirəcəyim görüşlər karyeram baxımından önəmlidi”
Tarix: 07-12-2015 | Saat: 00:36
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Azəryol”da keçirəcəyim görüşlər karyeram baxımından önəmlidi”
“Azəryol” yeni macarıstanlı transferi Edina Dobi ölkəsinin mətbuatına müsahibə verib. Piasport.az xəbər verir ki, 28 yaşlı blokçu Bakı klubunun diqqət mərkəzinə necə düşdüyünü açıqlayıb.

- Azərbaycanın “Azəryol” klubuna keçidiniz rəsmiləşib. Bu, necə alındı?
- Komandanın rəhbərliyi və menecerləri mənim oyunumu Avropa çempionatında görmüşdülər. Həmin vaxt Azərbaycan millisinə də 3:1 hesabı ilə qalib gəlmişdik. Bundan sonra menecerimlə əlaqə saxlayıb, danışıqlara başladılar. Düzü, müqaviləni bir müddət öncə imzalamışdıq. Lakin vizamın həll olunmasını gözlədim. Nəhayət, dekabrın əvvəlində yeni komandama qoşuldum.

- Azərbaycanla oyunda 12 xal toplamışdız. Onun altısını blokda qazanmışdız. Yəqin ki, yüksək səviyyədə çıxış etdiyiniz həmin oyunu nəzərdə tutursuz…
- Təbii ki. Həmin qələbə sayəsində mərhələ adlayan da biz olmuşduq. Rəqib isə mübarizəni dayandırmışdı.

- “Azəryol”da artıq debüt də etmisiz. İlk oyununuzu necə dəyərləndirərdiz?
- Həmin görüşün çox gərgin və həyəcanlı keçdiyini deyə bilərəm. Fikrimcə, debütüm pis alınmadı və 3:2 hesabı ilə qalib gəldik.

- Komandanız avrokubokda da iştirak edəcək. Həmin görüşlə bağlı fikirləriniz maraqlıdı…
- Beynəlxalq arenada növbəti qarşılaşmamız dekabrın 10-da Finlandiyanın “Salo” klubu ilə olacaq. Həmin oyunda qalib gəlib, cavab matçına rahat çıxmaq istəyirik. Bu görüşlər mənim üçün də karyera baxımından önəmlidi.

- “Azəryol”da müxtəlif ölkələrdən oyunçular var. Onlarla necə dil tapırsan və hansı ilə daha yaxınsan?
- Kanadalı Kila Riçey ilə münasibətlərimiz əvvəldən vardı. Məhz Bakıya getməzdən öncə onunla məsləhətləşdim, bir neçə dəfə əlaqə saxladım. Mənə “Azəryol” haqda daha çox məlumat verdi. Özünü Azərbaycanda yaxşı hiss etdiyini və komandadan razı olduğunu söylədi. Kila ilə danışmazdan öncə klub haqda tam məlumatlı deyildim.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
29-01-2018, 12:15 Barcelona qalib gəldi

bütün xəbərlər
____ Instagram ___