Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmışlar "Günəşli" yanğınından yazdılar
Tarix: 06-12-2015 | Saat: 12:50
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

Tanınmışlar "Günəşli" yanğınından yazdılar
"Günəşli” yatağında baş verən güclü yanğın hadisəsinə şou-biznes nümayəndələri münasibət bildiriblər.

xeberaz.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları sosial şəbəkədə qəzada həlak olanların ailəsinə başsağlığı diləyib.

Xalq artisti Faiq Ağayev:

"Allah rəhmət eləsin".

Əməkdar artist Elza Seyidcahan:

"Allah ölənlərə rəhmət eləsin. Sağ qalanlara kömək olsun, səbr versin".

Müğənni Sevda Yahyayeva:

"Bu faciədə dünyasını dəyişənlərə Allah rəhmət eləsin".

Müğənni Nadir Qafarzadə:

"Allah rəhmət eləsin. Ailələrinə səbr diləyirəm".

Müğənni-bəstəkar Murad Arif:

“Aman Allahım! 32 nəfər, 32 ailə , 32 can. Bu faciədir! Bir qarın çörək üçün bu soyuqda dənizdə çalışan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ağır dərddir. Bu axşamkı çıxışlarımı təxirə saldım. Xeyriyyə tədbirimiz də ləğv olundu. Belə gündə şənlənmək olmaz. Çox ağırdır”.

Müğənni Çingiz Mustafayev:

"Gürcüstanda bir səhər oyandım ki, Binəqədidə bina yanıb və çox sayda insan vəfat edib. İndi də Riqa şəhərindəyəm, hadisəni gördüm, çox pis oldum. Allah hər birinə rəhmət eləsin".

Müğənni Rəqsanə İsmayılova:

"Bir parça çörək üçün əziyyət çəkən insanlar... Bu dəhşətdir Allahım. Neçə ailə başsız, neçə bala atasız qaldı. Ürəyim qan ağlayır. Allahım, belə zülm olar?".

Müğənni Miri Yusif:

"Günəşli" yatağında baş vermiş yanğında həyatını itirən neftçilərimizə Allahdan rəhmət, ailələrinə baş sağlığı diləyirəm".

Müğənni Natavan Həbibi:

"Nə deyəsən? Nə danışasan? Allah rəhmət eləsin. 32 nəfər həyatını itirdi, 32 ailə hüzurunu, ailə başçısını, sevdiklərini, ümidlərini itirdi. Allah səbr versin".

Müğənni İzzət Bağırzadə:

"Allah səbr versin. Orada dünyasını dəyişən Azərbaycan oğullarına Allah rəhmət eləsin. Hamıya başsağlığı verirəm. Ağır hadisədir".

Rəqqasə Oksana Rəsulova:

"Yenə belə xəbər... Pis oldum mən. Allah dünyasını dəyişmiş insanlara rəhmət eləsin, ailələrinə səbr versin. Qəflətən bu xəbəri eşitmək və qəlbdən külə dönmək... 32 nəfər ölüb".


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___