Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD Kaliforniyadakı qətliamı üzərinə götürdü
Tarix: 05-12-2015 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / Hadisə / Dünya / M2 | çapa göndər

İŞİD Kaliforniyadakı qətliamı üzərinə götürdü
İŞİD terror qruplaşması Kaliforniya ştatının San-Bernardino şəhərindəki kütləvi qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Xeberaz.az “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə terror təşkilatının bəyanatında deyilir. “2 İŞİD tərəfdarı bir neçə gün əvvəl Kaliforniya Ştatında San-Bernardino şəhərindəki mərkəzə hücum edib”, - deyə məlumatda deyilir.

Atışma dekabrın 2-də baş verib. Cinayətkarlar şəhərdəki sosial təminat mərkəzinin konfrans zalına daxil olaraq orada olanlara atəş açıblar. Nəticədə 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb. Atəş açan şəxslər zərərsizləşdirilib.

Daha sonra yayılan məlumata görə, atəş açan şəxslərdən biri Seyid Rizvan Faruk azı iki terror təşkilatı, o cümlədən “Əl-Qaidə” və "Cəbhat ən-Nusra” ilə əlaqədə olub. Həmçinin onunla birgə hücumda iştirak etmiş həyat yoldaşı Taşfin Malik hücumdan əvvəl “Facebook” sosial şəbəkəsində İŞİD lideri Abu-Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini əks etdirən status paylaşıb.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___