Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?
Tarix: 3-12-2015, 16:20 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?
Bu yazıda Azərbaycan Republikasının əhali sayı ilə Mərkəzləşdirilmiş Kredit Reyestri arasında əlaqəni araşdırmaq qərarına gəlmişik.

Əvvəl onu qeyd etmək lazımdır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bank tərəfindən yaradılmışdır. MKR Azərbaycan Respublikasının bank sektorunda kredit borcu olan fiziki və hüquqi şəxslərin məbləğındən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplusudur. MKR-i yaratmaqda əsas məqsəd bank və bank olmayan kredit təşkilatların(BOKT) faktiki və gələcək borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların kredit ödəmə davranışını və borcalma səviyyəsinin qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaqdır.

Mərkəzi Bankın məlumatına əsasən 2015-ci il III rübün sonuna MKR göstəriciləri açıqlanıb və bu məlumatlara əsasən aşağıdakı təhlilləri aparmaq mümkündür.

Devalvasiyadan sonra mart ayı ərzində MKR-ə edilən sorğu sayında kəskin azalma (106 708 ədəd), daha sonrakı aylarda isə yenidən nisbətən artım müşahidə edilir. Sentyabr ayı ərzində sorğuların ümumi sayı 32 175 ədəd azalaraq 247 006 olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisə etdikdə isə daha qabarıq – 65013 ədəd – azalma nəzərə çarpır.

Şəkil 1(say-ədədlə)

Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?

Bildiyimiz kimi adətən MKR-dən cari və yeni müştərilərin kredit tarixçəsini araşdırmaq üçün daha çox kredit təşkilatları istifadə edirlər. Son dövrlərdə isə fiziki şəxslər tərəfindən müraciətlərin sayında artım baş vermişdir. 3 rüb ərzində cəmi 140 066, sentyabr ayında isə 15 144 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət etmişdir.

Bank və bank olmayan kredit təşkilatları istisna olmaqla digər şəxslər (fiziki və hüquqi şəxslər) MKR-dən məlumatları sorğu vasitəsilə ödənişsiz əldə edə bilirlər. Sorğuların qəbulu və cavabların verilməsi isə 1 saylı və 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, regionlarda isə Mərkəzi Bankın ərazi idarələrində həyata keçirilir.

Növbəti 2 şəkil bizə sorğuların tərkibi haqqında daha ətraflı məlumat verir.

Şəkil 2 (Say - ədədlə)
Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?


Son illərdə fiziki şəxslərin etdiyi müraciətlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir. 2013-cü ilin dekabr ayına ümumi sorğu sayında fiziki şəxslərin xüsusi çəkisi 0.3% idisə, 2014-cü ilin sonuna 2.9%, 2015-ci ilin sentyabr ayına isə 6.1% təşkil etmişdir. (Şəkil 3) Bu artımı isə insanların maariflənmə səviyyələrinin artması və bankdan kənar olaraq öz kredit tarixçələri borcları ilə daha çox maraqlanmaları ilə əlaqələndirmək olar.

Şəkil 3 (% nisbəti ilə)
Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?


Mərkəzi Bankın məlumatına əsasən sentyabr ayının sonuna MKR-də haqqında məlumat toplanmış borcalanların sayı 2 505 575, cəmi zaminlərin sayı isə 1 184 202 olmuşdur.

Şəkil 4 (Borcalanların sayı-min nəfərlə)
Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?


İlin əvvəlindən etibarən zaminlərin aylar üzrə artım tempi borcalanların artım tempini üstələyir. Sentyabr ayına borcalanların sayı 0.7%, zaminlərin sayı isə 2.1% artmışdır. Bu isə adətən kreditlərin daha çox zaminliklə verilməsinə dəlalət edir. (Şəkil 5)

Şəkil 5(Zamin və borcalanların artım tempi %-lə)

Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?


Artım ümumi olaraq say üzrə müqayisə edildikdə zaminlərin sayı cari ildə ötən illə müqayisədə azalmışdır. Sentyabr ayına olan məlumata əsasən zaminlərin sayı 25 233 nəfər artaraq 1 184 202 olmuşdur.

Şəkil 6 (Zaminlərin sayı – min nəfərlə)
Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?



İndi isə bu MKR məlumatlarını əhali sayı ilə əlaqəndirməyə çalışaq.

2015-ci ilin əvvəlinə rəsmi məlumata əsasən ölkə əhalisinin sayı 2014-cü ilə nisbətən 115.9 min nəfər artaraq 9 milyon 593 min nəfər olmuşdur.

AR qanunları 18 yaşı tamam olan şəxslərin kredit almaq hüququnu tanıyır. Son məlumata əsasən bu hüquqa malik şəxslərin sayı 5 096 468 nəfərdir. Bu göstəricini son keçirilmiş Milli Məclis seçkilərində iştirak hüququ olan şəxslərin sayından əldə etmək olar .

Azərbaycanda kredit götürmə hüququ olan şəxslərin təxminən yarısının borclu olduğunu hesab edilə bilərik. Elə bir çoxumuz da bu qayda ilə əhalinin borclanma səviyyəsi haqqında fikirlər irəli sürmüşük. Amma bir məqama diqqət etmək lazımdır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti borcalanlar qrupu dedikdə ancaq hal hazırda borclu olan şəxsləri deyil, həmçinin əvvəllər də kredit borcu olmuş şəxsləri də nəzərdə tutur. Yəni, borcalanların sayı barədə real rəqəmlərə yaxınlaşmaq üçün ən azından bağlı kreditlərin sayı nəzərə alınmamalıdır. Digər tərəfdən vəfat etmiş şəxslərin öhdəlikləri də varis və zaminlərinə ötürüldüyünə görə borcalanların sayına daxil edilir və bir kredit üzrə 2 dəfə qeydiyyatı aparılmış olur.

Həmçinin, kredit götürmə qabiliyyətli əhalinin də sayında müvafiq korrektələr etmək lazımdır. Belə ki, kredit götürmə hüququnun olması heç də həmin şəxslərin kredit götürə biləcəyi anlamına gəlmir. Adətən, kredit təşkilatları (bank və BOKT) ödəmə qabiliyyəti olmayan və ya yaşı 70 və yuxarı olan şəxslərə kredit verilməsindən imtina edir. 2015-ci ilin əvvəlinə 70 yaşdan yuxarı olan əhalinin sayı 380300 (xüsusi çəkisi 7.8%), 18 yaşını tamamlamış şəxslərin sayı isə 4 831 328 nəfər təşkil etmişdir. Ümumiyyətlə illər üzrə bu göstərici 7-8% ətrafında dəyişmişdir. Belə nəticəyə gəlmək olar ki, 2015-ci ilin sentyabr ayına ölkə əhalisinin 48%-ni kredit götürə biləcək şəxslər, 26%-ni isə borcalanlar təşkil edir.

Kredit götürə biləcək əhalinin və MKR-də göstərilən borcalanların sayının az olması isə bir daha faktiki borclu olan əhalinin ümumi əhaliyə nisbətdə çox az olduğunun göstəricisidir.

Kredit məlumatlarının sayına gəldikdə isə ilin əvvəlinə nisbətən artım tempi zəifləmişdir. 2014-cü il üzrə orta aylıq artım 2%-dən yuxarı idisə, 2015-ci ilin 3 rübü ərzində ortalama 1.6% təşkil etmişdir. Sentyabr ayı üzrə kredit məlumatlarının sayı 1.4% (146 476 ədəd) artaraq 10 427 408 ədəd olmuşdur.

Şəkil 8 (Kredit məlulatlarının sayı - nəfərlə)

Azərbaycan əhalisinin borc içində olduğu doğrudur?


Borcalanların sayı göstəricisində olduğu kimi kredit məlumatlarının sayı da həm aktiv, həm də bağlanmış kreditlərin sayını özündə cəmləyir. Buna görə də borcalanlar və ümumi kredit məlumatları sayında normal olaraq bütün dövrlər üzrə artım qeydə alınır.

Beləliklə ümumi bir nəticəyə gəlmək olar ki, son bir ildə baş verən iqtisadi proseslərin nəticəsi olaraq MKR-ə edilən sorğular, borcalan və kredit məlumatlarının sayı əvvəlki aylarla nisbətdə azalmışdır. Zaminlərin sayında artım isə təbii olaraq bankların öz risklərini minimuma endirmək istəyi ilə əlaqədardır.

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Anar Əliyev, Risk meneceriшаблоны для dle 11.2

4438 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
25-06-2018, 15:58 Putin Ərdoğana zəng etdi

{sape_links}{sape_article}
16-11-2018
bütün xəbərlər
____ Instagram ___