Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metroda yeni aparatlar quraşdırılır: Təhlükəsizlik gücləndirilir - FOTO
Tarix: 02-12-2015 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm / M2 / Texnologiya | çapa göndər

Metroda yeni aparatlar quraşdırılır: Təhlükəsizlik gücləndirilir - FOTO
Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

Dünəndən başlayaraq metronun bir neçə stansiyasında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb. Aparatlar “20 yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında yerləşdirilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, yeni aparatların quraşdırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.

`Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir və bizim işimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır`,-deyə N.Paşayev vurğulayıb.

Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində lazım olan bütün tədbirlər görülür və bundan sonra da davam etdiriləcək.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___