UNESCO-dan Ermənistana rədd cavabı
Tarix: 02-12-2015 | Saat: 14:29
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Ermənistan tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.
Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu ilin 30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərindəUNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir:
“Sessiya çərçivəsində ölkələr tərəfindən qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb. Bundan öncə, UNESCO qiymətləndirmə orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib.
Ermənistan tərəfin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə qiymətləndirmə orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylının Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib”, - deyə məlumatda bildirilib.
Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı qiymətləndirmə orqanının rəyinin və komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanı Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

29-02-2016, 12:17
Dollar əmanətləri ilə bağlı unikal təklif
23-05-2017, 20:28
"James Bond" öldü - FOTO
11-02-2016, 21:37
AtaBank-ın rəhbərliyində dəyişiklik olub
25-12-2015, 16:19
Azərbaycandakı iqtisadi böhran Hadisəyə də təsir etdi - foto
19-06-2016, 11:37
ABŞ Əfqanıstanda 783 milyard dollar itirib
1-06-2016, 22:06
Qayıqlarımızı batırdılar - Ərdoğan
6-10-2019, 12:37
Cəbhədə bu gecə də silah səsləri susmadı
21-10-2016, 13:50
Bakı Metropoliteni daha yeni 5 vaqon almaq istəyir
30-08-2015, 20:59
Kanadalı qız “Kainat gözəli” seçildi - FOTO
26-02-2018, 14:18
Leyla Əliyeva ağac əkdi - Foto