Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anar: "Yuvayıxan! Ədəbsiz fotolarının dərdini çəksin" - YENİLƏNİB
Tarix: 30-11-2015 | Saat: 21:10
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Anar: "Yuvayıxan! Ədəbsiz fotolarının dərdini çəksin" - YENİLƏNİB
15:48

Xeberaz.az xəbər verir ki, Stilist Anar Ağakişiyev müğənni Roza Zərgərlinin onun ünvanına dediyi "Şəxsiyyəti bəlli olmayan insan" ifadəsinə sərt cavab verib.

Axşam.az-a açıqlama verən stilist ifaçını özünü onunla reklam etməkdə günahlandırıb:

"Onun bu sözlərinə gülməyim gəlir. Özünü təsdiqləyə bilməyən insan mənə şəxsiyyətsiz deyə bilməz. O, patoloji bir yalançıdır. Getsin, borclarını ödəsin. Şəhərdə o insan yoxdur deməsin ki, "Rozanın mənə borcu var". Verilişlərin 60 faizinin qapısı üzünə bağlıdır. "Maşın" şouda mənimlə birlikdə olan çıxışını yadına salsın. Getsin, meyxanasını oxusun. Məndən hədsiz aşağı səviyyədə olan insan haqqında danışıb onu reklam etmək istəmərəm. Mənim cavabım onun üçün piardır".

A.Ağakişiyev sənətçinin "Zövqsüz idimsə, niyə mənlə işləyirdi" sözlərinə də cavab verib:

"Zövqsüz olub, olacaq da. Bəli, onunla birlikdə işləmişəm. Bunun üçün də məndən xahiş edib. Xeyirxah insan olduğum üçün onunla işlədim. Tamaşaçı da yaxşı görür ki, mənim zamanımda necə görünürdü, indi necə. Şəxsiyyətimi ona göstərərəm. Dili uzanmasın. "Yuvayıxan", bundan artıq bacarığı yoxdur. Ağzını açıb nəsə desə, faktla sübut edəcəyəm. O mənə, Aygün Kazımovaya söz atmaqla ucuz klipini piar edir".

Stilist R.Zərgərlini məhkəməyə verməklə hədələyib:

"Bir də çaşsa, onu məhkəmə yolu ilə susduracam. Ona ayırmağa nə vaxtım, nə də həvəsim var. Getsin, yayılan ədəbsiz fotolarının dərdini çəksin".

----------

14:34

Müğənni Roza Zərgərli stilist Anar Ağakişiyevin ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı "MUZ TV"yə açıqlamasında onu zövqsüz adlandıran stilisti tənqid edib:

"Bəzi stilistlər deyir ki, Roza Zərgərli zövqsüzdür. Şəxsiyyəti bəlli olmayanlar məndən danışmasın. Mən zövqsüz idimsə, niyə illərlə mənlə işlədin? Bu yaxınlarda onunla eyni tədbirdə üz-üzə gəldik. Əvvəlcədən onun gələcəyini bilsəydim, ora qatılmazdım".

Qeyd edək ki, A.Ağakişiyev açıqlamasında R.Zərgərlini şou-biznesin ən zövqsüz ifaçısı adlandırmışdı.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___