Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Canavar kənd sakinlərinə hücum etdi, 1 nəfəri ağır yaraladı - Video
Tarix: 30-11-2015 | Saat: 19:56
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Canavar kənd sakinlərinə hücum etdi, 1 nəfəri ağır yaraladı - Video
Mingəçevir şəhərinin ərazisində məcburi köçkünlərə məxsus qoyun fermasına canavar hücum edib

Yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb. Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcıya qarşı müqavimət göstərə bilməyən gənc yerə yıxılıb. Bu isə onun ağır yaralar almasına səbəb olub.

Yırtıcı gəncin üz və baş nahiyəsini yaralayıb. Sonra canavar yaxınlıqdakı sakinlərə hücum çəkib. İnsanları bu dəfə yırtıcının dişlərindən sakinlərdən birinin iti xilas edib. Yaralı Elçin Məmişov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Əraziyə baytarlıq idarəsinin əməkdaşları da gəliblər.

Yırtıcıdan Respublika Baytarlıq Laboratoriyasına göndərilmək üçün nümunələr götürülüb. Canavarın cəsədi isə baytarların nəzarəti altında yandırılaraq basdırılıb (Region TV).


Xəbəri paylaş

1 9068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___