Cüdoçularımız Qran-pri turnirində 3 medal qazandılar - FOTO
Tarix: 28-11-2015 | Saat: 19:14
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər
Elmar Qasımov, Orxan Səfərov və Rüstəm Orucov.
Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-pri turnirinin sonuncu günündə cüdo üzrə Azərbaycan millisi daha bir bürünc medala sahib olub.
100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala gedən yolda pakistanlı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib. Yarımfinalda kubalı Joze Armentorosa uduzan E.Qasımov bürünc medal uğrunda döyüşdə Yaponiya cüdoçusu Kensuke Sakamotodan güclü olub. Rəqibinə ipponla qalib gələn idmançımız Jeju Qran-prisinin bürünc medalını qazanıb.
Eyni çəkidə yarışan digər təmsilçimiz Elxan Məmmədov yeddinci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə beşinci yerdə qərarlaşıb. Qran-prinin sonuncu günündə tatami üzərinə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev dörddəbir finala vəsiqə qazana bilməyiblər.
Beləliklə, Azərbaycan milli komandası Jeju Qran-prisində üç bürünc medal əldə ediblər. Bürünc medalları Elmar Qasımovla yanaşı, Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) qazanıblar.Oxu.Az
Xəbəri paylaş
5398 dəfə oxunub.
Digər xəbərlər

17-01-2017, 15:20
Cəbhədə hazırlıq: Döyüş minalarından istifadə... - MN
24-02-2022, 10:37
Ukrayna FHN: “Donbasda daha iki kənd işğal olunub”
23-09-2016, 19:03
İlham Əliyev fərman imzaladı - ABAD yaradılır
20-10-2017, 16:41
Pensiya və maaşların artacağı rəsmən təsdiqləndi - GÜNÜN XƏBƏRİ
14-03-2016, 10:16
Şəxsiyyət vəsiqəsini başqasına verməyin! (VİDEO)
27-11-2018, 10:39
Şeyma Subaşıdan Çağatay Ulusoy AÇIQLAMASI
21-05-2016, 13:05
Əli Kərimli Rəsulzadənin abidəsinə Müsavatla getmədi - İMTİNA
2-01-2021, 01:50
Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?
5-04-2015, 16:46
Rusiyanın sənaye və ticarət naziri Azərbaycana gələcək
27-12-2015, 10:45
Ermənilər gecə cəbhədə fəallaşdı