Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tofiq Hacıyevin həyat yoldaşının vəziyyəti ağırlaşdı
Tarix: 27-11-2015 | Saat: 16:19
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Tofiq Hacıyevin həyat yoldaşının vəziyyəti ağırlaşdı

Tofiq Hacıyevin həyat yoldaşının vəziyyəti ağırdır

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin nəvəsi Modern.az saytına açıqlamasında bildirib ki, nənəsi Tamara Hacıyeva 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

“Hazırda xəstəxanadadır, vəziyyəti ağırdır, hələki ayılmayıb”.

Akademikin nəvəsi bildirib ki, Tofiq Hacıyev sabah dəfn olunacaq.

1 saylı Şəhər Klinik Xəstəxanasından Modern.az-a bildirilib ki, Tamara Hacıyevanın vəziyyəti ağırdır və hazırda reanimasiyadadır.
“Tamara Hacıyeva insult keçirib, reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanaya gələndən xəstəyə bütün tibbi yardımlar edilib, hələ özünə gəlməyib”.

Qeyd edək ki, bu gün akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə taplıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Fövqəladə Hallar Nazirliyi hadisə haqda məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və həyat yoldaşı huşsuz vəziyyətdə aşkar edilib. Əməliyyat bu gün səhər saat 11:55-də başa çatıb.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___