“Rusiya Türkiyəyə qoyduğu tur qadağasından nələr itirəcək?
Tarix: 26-11-2015 | Saat: 22:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Turizm Agentliyi (Rosturizm) turizm operatorlarına terror təhdidi ilə əlaqədar turların satışını qadağan edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumata görə, Rosturizmin rəhbəri Oleq Safonov ölkənin bu qərardan heç bir ziyana düşməyəcəyini bildirib.
“Rosturizm Türkiyəyə turların satışına, vətəndaşların artıq Türkiyəyə səyahət etməyinə qadağa qoyub. Bundan heç kim narahat olmasın. Çünki hazırda istirahət mövsümü olmadığı üçün turizm agentliklərinə ziyan dəyməyəcək”, - deyə o, söyləyib.
O. Safonov Türkiyədə 10 min rusiyalının olduğunu, onların əksəriyyətinin dekabrın 7-dək, rusların ümumilikdə isə, il sonuna qədər ölkəyə qayıdacaqlarını da vurğulayıb:
“Bizim turistlər əsasən, Antaliyada, 6 nəfər isə İstanbulda yaşayır. Türkiyə ilə mövcud vəziyyət Rusiyaya turist axınını 40 faiz aşağı salacaq. Eyni zamanda, ölkədaxili turizm 30 faiz, turlar isə 16 faiz yüksələcək”.
Qeyd edək ki, indiyədək Rusiyadan Türkiyəyə 5000-ə qədər tur paketi satılıb.
Rusiyadan Türkiyəyə turların satışına qadağanın qoyulmasına səbəb Rusiyaya məxsus Su-24 bombardmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasıdır.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

23-11-2019, 06:33
İlham Əliyev Putinlə görüşəcək
1-10-2021, 09:00
Polis arvadına 15 dəfə atəş açıbmış... - Uşaqları da bölmədə olub
12-10-2015, 13:51
Bakıda faciə: 8-ci mərtəbədən yıxılıb öldü
17-04-2017, 18:24
“O qədər gözəl qızlar var idi, başımı qaldırıb baxmamışdım”
17-04-2017, 14:05
Azərbaycanda nazir müavini işləmiş qadın intihar etdi
15-02-2016, 22:43
Rusiya S-300-ləri İrana yolladı
24-02-2016, 12:54
Ramil Usubov Fəxrəddin Hacıyevə yeni vəzifə verdi
30-08-2015, 16:20
Niyammədin Musayevin cavanlıq görüntüləri yayıldı - FOTO
7-01-2017, 10:34
Qaynının qulağını dişi ilə qopardı - SABİRABADDA
26-06-2018, 13:56
Bakıda qadın gənc sevgilisinin boğazını kəsdi -FOTO