Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya Çempionatında qələbə qazanan idmançılarımız vətənə geri döndülər-Onlar 9 medal qazandı
Tarix: 26-11-2015 | Saat: 21:21
Bölmə:Karusel / İdman / Foto-fakt / Gənclərimiz | çapa göndər

Dünya Çempionatında qələbə qazanan idmançılarımız vətənə geri döndülər-Onlar  9 medal qazandı

Noyabrın 17-si Rusiyanın Medin şəhərində keçirilən Dünya Çempionatına Üniversal Döyüş Federasiyanın prezidenti Azər Həsənov və yığmanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında yollanan idmançılar artıq vətənə qayıdıblar.
Beynəlxalq hakim,Universal döyüş üzrə yığma komandanın baş məşqçisi Elşən İsmayılovun Xəbəraz.az -a verdiyi məlumata görə, bu yarışda 50 ölkədən 450 idmançı iştirak edirdi. Universal döyüş üzrə yığma komandası yarışa 12 nəfərdən ibarət heyətlə yollanmışdılar. Onlar 9 medal qazandılar ki, onlardan 2-si qızıl, 6-sı gümüş və 1-i bürünc medaldır.
Universal döyüşün layt versiyasından 65 kq Namazov Sahil,70 kq Qurbanov Orxan,80 kq Hüseynov Mehman,90 kq Məsimov Tahir,95 kq Binnətov Orxan 2-ci yer;Fərzəliyev Muradxan isə isə 85 kq-da dünya çempionu adına layiq görüldü.80 Tağıyev Nicat 2-ci yer, 75 kq-da isə Əliyev Nicat 1 yerə çıxaraq klassik versiyadan dünya çempionu oldu.
Universal döyüş yığmasının üzvü,əməkdar idman ustası Nicat Əliyev müsahibəsində bildirdi ki;
Bu yarışa çox güclü hazırlaşmışdım, məqsədim yalnız çempion olmaq idi və şükürlər olsun ki, buna nail oldum. Yarışda 75 kq çəki dərəcəsində klassik versiyada iştirak etdim.Birinci görüşümdə Tacikistan idmançısını məğlub etdim. Daha sonra 2-ci yer uğrunda Qazaxıstan idmançısınıda məğlub edərək finala vəsiqə qazandım.Final görüşüm Rusiya idmançısı ilə keçdi.
Hansı görüş sənin üçün çətin və prinsipial keçdi?
Bu yarışda zəif rəqib yoxdur.Dünya çempionatı bildiyiniz kimi ağır keçir.Lakin final görüşüm digərlərinə nisbətən ağır keçsədə, 4-1 raund hesabı ilə qalib gəldim və 2013-2014-cü illərdə olduğu kimi 2015-ci ildədə 3-cü dəfə dünya çempionu adına layiq görüldüm.
Bəs qarşıda duran yarışlarınız barədə nə deyə bilərsiniz?
Bu il axırıncı yarışımız idi.Bütün yarışlar yekunlaşdı.Bir daha 2016-cı ildə yarışlarımız olacaq. Yarışların yeri və vaxtı məlum olduqda bu barədə sizlərə məlumat veriləcək.
Onuda qeyd edək ki, 70 kq-da layt versiyasında çıxış edən Qurbanov Orxan 2-ci yer uğrunda erməni idmançısı ilə qarşılaşıb və tam qələbə ilə qalib gələrək dünya 2-cisi adına layiq görülüb.
Dünya Çempionatında qələbə qazanan idmançılarımız vətənə geri döndülər-Onlar  9 medal qazandı
Dünya Çempionatında qələbə qazanan idmançılarımız vətənə geri döndülər-Onlar  9 medal qazandı


Xəbəri paylaş

2 5998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___