Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlk nömrə və ilk qalib! - FOTO
Tarix: 12-03-2015 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

İlk nömrə və ilk qalib! - FOTO
Qalibə “National Geographic Kids” jurnalı adından mükafat təqdim olundu.

2015-ci ilin fevral ayından etibarən Garant Media Holding tərəfindən Azərbaycanda dərc olunan “National Geographic Kids” jurnalının artıq iki nömrəsi işıq üzü görüb. Maraqlı rubrikaları ilə qısa müddətdə məktəblilərin diqqətini cəlb edən jurnalın əsas bölmələrindən biri də məhşurların təqdim etdiyi “Biliyinlə Qazan!” rubrikasıdır. Burada balaca oxuculara fərqli mövzularda 10 sual ünvanlanır, bütün suallara düzgün cavab verən ilk oxucu isə mükafatlandırılır.

“National Geographic Kids” jurnalının ilk, yəni fevral buraxılışındakı “Biliyinlə Qazan!” rubrikasının qalibi müəyyən edildi. Tanınmış simalardan olan Murad Dadaşovun təqdim etdiyi sualları düzgün cavablandıran ilk oxucu III sinif şagirdi, 9 yaşlı Xanım İsayeva oldu.

“National Geographic Kids” jurnalının redaksiyasına dəvət olunan X.İsayeva redaksiya heyəti və M.Dadaşovla görüşdü. Jurnalın ilk buraxılışını çox bəyəndiyini söyləyən balaca məktəbli oxuduğu məqalələr, məlumatlar, jurnalın fotoşəkilləri və əyləncəli bölməsi haqda ağız dolusu danışdı. “National Geographic Kids” jurnalının növbəti buraxılışlarını səbirsizliklə gözlədiyini söylədi.

Sonda M.Dadaşov balaca qalibə “National Geographic Kids” jurnalı adından mükafat təqdim etdi.




Xəbəri paylaş

8508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___