Azərbaycanlı gənc yeni avtomobil modeli hazırladı - FOTO + VİDEO
Tarix: 21-11-2015 | Saat: 18:05
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər
O, AZERANT-ı “Formula 1” yarışlarında təqdim etmək istəyir.
Azərbaycanlı gənc Ramil Nəcəfov AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb və onu gələn il Bakıda keçiriləcək “Formula 1” yarışlarında təqdim etmək istəyir.
Xəbəraz.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ramil 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə təhsil alır.
Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. Ramil konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib.
Buna görə də Türkiyədə dizayn ixtisası üzrə qiyabi təhsil almağa qərar verib. Gənc dizayner söhbət zamanı bildirdi ki, öz eskizlərini “Audi”, “Mercedes” kimi avtomobil şirkətlərinə də göndərib.
Məşhur avtomobil şirkətləri onun eskizlərinə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını kəsib.
Buna baxmayaraq, Ramil ruhdan düşməyib. Gələn il Bakıda keçiriləcək “Formula 1” yarışı onu yeni işlərə həvəsləndirib.
Gənc dizayner müəllif hüququ almaq üçün AZERANT layihəsinin eskizini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə təqdim edib.
Onun ən böyük arzusu Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır.
Xəbəri paylaş
8398 dəfə oxunub.
Digər xəbərlər

27-09-2020, 22:14
Türk hərbçiləri Azərbaycana göndərilməlidir – Partiya sədri
29-09-2022, 11:42
Bakıda qaydaları pozan avtobus sürücüsü işdən azad edildi - VİDEO
17-04-2015, 15:23
Gəncədə gürcü oğrular ələ keçdi
1-05-2019, 18:55
BŞİH iki mitinqə icazə vermədi
1-12-2016, 19:33
“Bakı Metropoliteni”ndən müraciət
22-12-2016, 17:32
Bakının Baş Plan layihəsi açıqlandı - PAYTAXT 9 HİSSƏYƏ BÖLÜNƏCƏK
11-07-2018, 16:50
İDDİA: "Fürsət bu fürsətdir" deyib, *8555 və *5000 taksi xidmətləri soyğunçuluğa başladılar
7-01-2016, 13:56
Bakıda avtomobil yanır – VİDEO
6-10-2018, 11:11
Bakıda kişi 17 yaşlı qızını zorlayıb, arvadına işgəncə verdi
6-03-2016, 00:54
Gürcüstan-Rusiya avtomobil yolu bağlandı