Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şok: Rusdilli hakerlər 800 milyon dollara yaxın pul oğurlayıb
Tarix: 19-11-2015 | Saat: 13:33
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Şok: Rusdilli hakerlər 800 milyon dollara yaxın pul oğurlayıb


Rusdilli kiber cinayətkarlar son 4 il ərzində 790 milyon dollardan çox pul oğurlayıblar.

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bunu “Kasperski Laboratoriyası”nın ekspertləri hesablayıb. Vəsaitin böyük hissəsi postsovet məkanından kənarda oğurlanıb.

“Kasperski Laboratoriyası” rusiyalılar və keçmiş SSRİ sakinləri tərəfindən törədilmiş kiber cinayətkarlığın xüsusiyyətləri barədə aparılmış tədqiqatın nəticələrini açıqlayıb. Tədqiqata əsasən son 4 ildə 1000-dən çox rusiyalı və qonşu ölkə sakinləri kiber cinayətkarlıqda iştirak edib. Onlar həm öz ölkələrində, həm də ABŞ, Avropa, Avstraliya və digər dövlətlərdə bu işləri həyata keçiriblər. 500 milyon dolardan çox vəsait postsovet məkanından kənarda oğurlanıb.

2013-cü ildən 2015-ci ilin ortalarına qədər Rusiyada Cinayət Məcəlləsinin 272-ci (kompüter informasiyalarını qanunsuz əldə etmə) və 273-cü (zərərli proqram təminatının yaradılması və yayılması) maddələri ilə 459 nəfər məhkum edilib, lakin onlardan yalnız 21-i real azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Ekspertlər bildirir ki, kiber cinayətkarlıqla həm ayrı-ayrı fərdlər, həm də mütəşəkkil qruplar məşğuldur. Hazırda rusdilli məkanda müxtəlif haker qruplarının 20-yə yaxın lideri var, onların böyük hissəsi yaxalanmayıb. “Özlərinin bir çox əcnəbi həmkarından fərqli olaraq, rusdilli kiber canilər yalnız lokal məqsədlərə diqqət cəmləşdirmir. Onları doğrudan da dünya miqyaslı problemə çevrilib və biz düşünürük ki, təhlükə yaxın illərdə daha da artacaq. Rublun devalvasiyası da buna şərait yaradır”, - deyə “Kasperski Laboratoriyası”nın bölmə müdiri Ruslan Stoyanov söyləyib.

Qeyd edək ki, “Center for Strategic and İnternational Studies” təşkilatının məlumatına görə, 2014-cü ildə dünya iqtisadiyyatı kiber cinayətkarlıq nəticəsində 445 milyard dollar zərərə məruz qalıb.


Xəbəri paylaş

5938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___