Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yuxudan əvvəl telefon və planşetdən uzaq durun
Tarix: 19-11-2015 | Saat: 12:14
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

Yuxudan əvvəl telefon və planşetdən uzaq durun
Tədqiqatçılar bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar.

Parlaq göy ekranlı smartfon, planşet kompüter və elektron oxu qurğuları insanın bioloji saatını dayandırmaqla yanaşı, yuxunu təmin edən hormonların əmələ gəlməsinə mane olur. Bu qənaətə Kinqs kollecin və Surrey Universitetinin mütəxəssisləri gəliblər.

Xəbəraz.az aia.az -a istinadən xəbər verir ki, yuxu sahəsində mütəxəssislər müasir planşet, smartfon və elektron kitab modellərinin insan orqanizminə təsirini tədqiq edərək bu qurğuların ekranlarından buraxılan mavi şüaların melatoninin - yuxu hormonunun yaranmasına mane olmasını müəyyən ediblər.

Tədqiqat müəllifi Pol Qrinqrasın sözlərinə görə, mavi və yaşıl spektr dalğaları melatonini digər spektr dalğalarından daha çox boğur ki, bu da insanı yuxuya getməli olduğu halda gümrah və diqqətcil edir. Həkimlərin fikrincə, qurğu istehsalçıları öz üzərilərinə öhdəlik götürərək bu ciddi problemi həll etməlidirlər. Belə ki, yatmazdan əvvəl planşet və ya elektron kitabdan istifadə gələcəkdə yuxu pozulmasına səbəb ola bilər.

Tədqiqatçılar əmindirlər ki, qurğular axşam düşən zaman sarı və ya qırmızı rəngi şüalandırmalıdır. Onların məlumatına görə, hazırda axşamlar elektron qurğunun işığını azaldan yalnız ayrı-ayrı proqramlar mövcuddur.

Alimlər insan sağlamlığı üçün tam yuxunun əhəmiyyətini təsdiq edən yeni dəlillər aşkarlayırlar. Belə ki, Almaniya alimlərinin fikrincə, yaxşı yuxu immunitetə infeksiyaları yadda saxlamağa kömək edir. ABŞ tədqiqatçıları isə bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___