Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Tolikin çalışdığı qızları mən məşhur etmişəm" - Roza
Tarix: 17-11-2015 | Saat: 15:07
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

"Tolikin çalışdığı qızları mən məşhur etmişəm" - Roza
"... DURUB ELNUR HÜSEYNOVA SÖZ ATIRLAR"

Prodüser Tarix Əliyevin müğənni Roza Zərgərlinin ünvanına dediyi tənqidi sözlər qarşı tərəfi özündən çıxarıb.

Axşam.az-a açıqlama verən ifaçı prodüserin “Azərbaycanımızın ən ucqar rayonuna belə getsək, “Aygün Kazımova” desək hamı tanıyacaq. Görəsən, “Roza Zərgərli” desək, kim tanıyar? Özünə “Qara dama” titulu vermək olar. Amma hər müğənni xalq artisti ola bilməz. Sözü olan mənə yığıb deyə bilər. Əgər buna cəsarəti çatarsa, hamıya veriləcək cavabım var. Aygün Kazımova ayda kanala 20 min verib veriliş aparmayıb. Onun adı “brend” olub” sözlərinə sərt cavab verib:

“Şou-biznesdə qalmaqal dəbə düşdü. Mən Aygün Kazımova ilə mübahisə etdikdən sonra müğənnilər bir-biri ilə dalaşmağa başlayıb. Ətlə dırnağın arasına girən iylənib çıxar. Bizim qalmaqalımıza üçüncü şəxs niyə müdaxilə etməlidir? Tolik gedib öz çalışdığı ifaçılara baxsın. Elnur Hüseynov kimi böyük səsə söz atırlar. Azərbaycanda Elnur kimi səs var. Amma bu “S Twins” (Sevil və Sevinc bacıları - red.) qrupu deyil. Tolikin mənə nəsə deməyə haqqı yoxdur. Onun hal-hazırda işlədiyi əkizləri mən səhnəyə çıxarmışam və məşhur etmişəm. Mən tək ifaçı yox, həm də prodüserəm. 6 ay ərzində tanınmayan iki qızı məşhurlaşdırmışam. Ona görə də Tolik Roza Zərgərli adı qarşısında bir az ehtiyatlı olsun. Mənim sənətə gəldiyim illərdə Tolik deyə bir prodüser yox idi. Mən Yalçın Cabbarovu, Nigar Hacızadə, Anar Mədətovu tanıyırdım. Toliklə münasibət saxlamışam. Amma bu ona mənim ünvanıma elə sözlər demək haqqını vermir”.

R.Zərgərli Tolikin müğənni Natavan Həbibi ilə barışmasına da münasibət bildirib:

“Aygün Kazımova ilə Natavan Həbibi dalaşdı, Tolik araya girdi. Nəticə nə oldu? Tolik gördü ki, arada qalıb, gedib barışdı. Bu insanların bir-birinə dediyi sözləri hamı bilir. Natavan onunla və ya o Natavanla necə barışa bilərdi? O sözləri necə qəbul etdilər? Özünü “sülhməramlı ana” kimi göstərmək lazım deyil. İndi də Tolik mənlə qalmaqal edib, Aygün Kazımova ilə arasını düzəltmək istəyir".


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___