Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər 10 saniyədə 1 nəfər bu xəstəlikdən ölür – QORUNMA YOLLARI
Tarix: 15-11-2015 | Saat: 15:23
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Hər 10 saniyədə 1 nəfər bu xəstəlikdən ölür – QORUNMA YOLLARI
BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.
Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

Şəkərli diabet ağır nəticələrinə görə, ürək-damar və xərçəng xəstəliklərindən sonra üçüncü yeri tutur. Diabet əliliyə gətirən əsas xəstəliklərdən biridir.


“Cəlilabadda 4 mindən çox şəkər xəstəsi olduğu halda rayonda 1 endokrinoloq var”


Azərbaycan Diabet Cəmiyyətinin sədr müavini Akif Muxtarov Aile.lent.az-a açıqlamasında deyib ki, hazırda dünyada 390 milyondan çox insan diabet xəstəsidir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə isə, 250 milyon insan bu xəstəliyin daşıyıcı olduğu halda ondan xəbərsizdir.

A.Muxtarovun sözlərinə görə, ölkəmizdə şəkər xəstələrinin illik artımı 13 faiz hesablanır: “Keçən il və bu il ərzində ümumilikdə 180 diabet xəstəsi olan uşağa insulin pompasi müalicəsi həyata keçirilib. Bu müalicə üsulu tibbin bu sahədə ən yeni kəşfidir”.

Şəkərli diabet xəstələrinin müalicəsi, müayinəsi, özünənəzarət vasitələri ilə təminatında nöqsanların hələ də qaldığına diqqət çəkən sədr müavini bildirib ki, şəkərli diabet xəstələrinin həkim endokrinoloqlar tərəfindən müayinəsində ciddi çatışmazlıqlar var: “Bu da ondan irəli gəlir ki, həkim endokrinoloqların sayı çox azdır. Xüsusən kənd rayonlarında bu hala təsadüf edilir. Məsələn, Cəlilabadda 4 mindən çox şəkər xəstəsi olduğu halda həmin rayonda cəmi 1 endokrinoloq işləyir. Bundan başqa, xəstələrə insulin tələb olunandan 5-6 dəfə az verilir. Şəkərli diabet üzrə insulin terapiya alanlar üçün qlükozalaşmış hemoqlabin təyini müayinəsi aparılmalıdır. Lakin paytaxtda uşaq və yeniyetmələr istisna olmaqla respublikanın heç bir yerində belə müayinə aparılmır”.


240 min xəstədən 480-i uşaqdır


Azərbaycanda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.

Respublika Endokrinologiya Mərkəzinin aparıcı endokrinoloqu, Azərbaycan Diabet Liqasının əməkdaşı Nərmin İsmayılova deyib ki, respublikamızda olan 240 minə yaxın şəkərli diabet xəstələsinin 64 mini Bakı sakinidir. Ümumi olaraq isə ölkə üzrə qeydiyyatda olan 480 nəfər şəkər xəstəsi uşaqdır.

N. İsmayılovanın sözlərinə görə, şəkər xəstəliyi insulin adlı hormonun heç ifraz edilməməsi və istifadə edilməməsi nəticəsində yaranan bir xəstəlikdir. Şəkər xəstəliyi nəticəsində infarkt, yüksək təzyiq, böyrək çatışmazlığı, iflic, korluq və digər ciddi xəstəliklər yaranır. Şəkər xəstəliyi çox ciddi bir sağlıq problemi olub xəstənin həyat keyfiyyətini pisləşdirir, hətta ölümə də yol açır. Günümüzdə şəkər xəstəliyinin yaşanma sıxlığı hər ötən gün artmaqdadır. Bunun səbəbləri sırasında şəhər həyatının gətirdiyi stress, hərəkətsizlik, nizamsız qidalanma (yağlı və qatqılı qidalar, hazır qidalarla qidalanmaq, tərəvəz və meyvə az yemək), spirtli içki və siqaret qəbulunun artımı, yuxu problemləri və sonda köklüyün yaranması göstərilə bilər.


Şəkər xəstəliyindən özünüzü qoruyun


Bəs çox ciddi bir sağlıq problemi olan şəkər xəstəliyindən qorunmaq üçün nələr etmək olar?

Aile.lent.az bunun yollarını təqdim edir:

- Gündəlik həyatın yaşatdığı stresdən mümkün olduğunca təsirlənməmək. Stress insanlarda yüksək təzyiq, damar sərtliyi, ürək xəstəlikləri kimi problemlərə səbəb olaraq ümumi sağlamlığa təsir edən səbəblərdən biridir.

- İdeal çəkidə olmaq və kökəlməmək

- Siqaret, spirtli içki və digər pis vərdişlərdən uzaq durmaq

- Nizamlı və təbii qidalanmaq, süni, kimyəvi maddə tərkibli hazır qidalardan uzaq durmaq

- Müntəzəm yatmaq

- Müntəzəm idman etmək

- Öz marağına uyğun hobbi ilə məşğul olmaq

- Gün ərzində 2-3 saat aralıqlarla əsas və ara yemək olaraq 6 dəfə yemək lazımdır. Quru paxlalılar, tərəvəz, meyvə və taxıllarda olan lif ehtiyac qədər yeyilməlidir.

- Karbonhidrat qəbulunu azaldın

- Qırmızı ət qəbulunda həddi aşmayın, balıq və ağ ət çox yeyin. Qızartma yerinə qaynamış və közlənmiş vəziyyətdə bişirib yeyin.

- Çox yağ yemək olmaz. Özəlliklə çəkisi artıq olanlar yağ qəbulunu azaltmalıdır.

- Körpələrin ilk 6 ayında ana südü ilə qidalanması şəkər riskini azaldır.

- Psixi sağlamlığınızı həmişə yüksək səviyyədə tutun.


Sağlam fərdlərdə şəkər xəstəliyindən qorunmaq üçün gündə üç pors tam taxıl yeməyinin şəkərə səbəb ola bilən artıq çəkiləri azalda bildiyi, insulin həssaslığını yüksəltdiyi və beləcə, qan şəkərini aşağı saldığı deyilir. Tam taxıl qidalarını qidalanmaya daxil etmək qan şəkərinin gün içində dəyişkənliyini azaltmaqla, toxluq qan şəkərinin çox yüksəlməsinin qarşısını almaqla, Hemoqlobin A1C-nin düşməsinə yardım edərək, şəkər xəstəliyindən qoruyur.

Şəkər xəstəliyindən qorunmanın praktik yollarından biri də lignin və lignan adlanan pəhriz lifilə zəngin qidalanmaqdır. Tam buğda çörəyi də bu liflərlə zəngindir. Həzm edilməyən liflər yeməklərin bağırsaqdan keçmə müddətini yavaşladaraq, insulinin çox ifrazının qarşısını alır. Bu cür qidalananlarda şəkər riski yüzdə 24-27-ə qədər azalır. Hər dəfə yemək yeyəndə ən az bircə dilim buğda çörəyi yeyin ki, qan şəkəri normasında qalsın.

Hər gün müntəzəm səhər yeməyi də şəkər xəstəliyi riskini yüzdə 21-ə qədər azaldır.


Araşdırmalara görə, müntəzəm fiziki aktivlik şəkər xəstəliyi riskini yüzdə 33-50 nisbətində azaldır. Qaçış və velosipedə minmək şəkərdən qoruyan asan idman hərəkətlərindəndir.

Həftədə 5 dəfə 30 dəqiqə edilən qaçışlar şəkər xəstəliyinin qarşısını alır. İnsulin istifadə etməyən ikinci dərəcəli şəkər xəstələri isə yeməkdən bir saat əvvəl həftədə ən az 30, ən çox 60 dəqiqə qaçışla məşğul olmalıdır.


Xəbəri paylaş

7888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___