Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həyatınızı bu lazımsız cəhətlərdən azad edin!
Tarix: 14-11-2015 | Saat: 12:17
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Gündəlik gərgin işdən və şəxsi həyatınızdakı balans pozğunluğu fonunda, digər insanlarla ünsiyyət çətinliyi yaşayanlar heç də az deyil. Hər kəs bu rutindən qaçış yolu axtarar. Problemin həlli elə də uzaqda deyil. Bunun üçün həyatınızı daha da çətinləşdirən cəhətləri həyatınızdan çıxarmaq kifayətdir.

Bu məsləhətləri sadəcə oxumayın, sınaqdan keçirin!

Daim öz doğruluğunuzu sübut etmək mütləqliyindən qaçın:

Ətrafımızda hətta münasibətlərin pozulması riskini belə gözə alaraq qarşısındakı insanın nəzər nöqtəsini qəbul etmək istəməyən insanlar var. Belə insanların qarşısında öz doğruluğunuzu sübut etməyə belə dəyməz. Bir halda ki, bütün səylərinizə baxmayaraq öz dediklərindən dönməyəcəklər.

Hər şeyi idarə etməyə çalışmayın:

Sizinlə baş verənlərlər – vəziyyət, hadisə, insanlar və s. hər nə olursa olsun hər şeyi daim idarə etməyə çalışmaqdan vaz keçin.

Günahı başqasında axtarmayın:

Sahib olduğunuz və olmadığınız cəhətlərə, hiss edib-etmədiklərinizə görə günahı başqasında axtarmayın. Enerjinizi boşa sərf etməyin və həyatınızın məsuliyyətini öz əllərinizə götürün.

Özünüzlə mənfi söhbətlərinizi dayandırın:

Bir çox insanlar mənfi düşüncə və emosiyaların onların həyatını idarə etməsinə icazə verdiklərini görə özlərinə böyük zərər yetirirlər. Məntiqi şüurunuzun hər dediyinə etibar etməyin. Siz ən yaxşılardansınız və hesab etdiyinizdən daha artığına qadirsiniz.

Daim gileylənməyi tərgidin:

İnsanlara, ətrafınızda baş verənlərə, sizi məyus, əzgin və kədərli edən hadisələrə və s. kimi cəhətlərə görə gileylənməkdən vaz keçin. Heç kəs sizi bədbəxt edə bilməz, heç bir hadisə sizi məyusluğa qərq edə bilməz.
Həyatınızı bu lazımsız cəhətlərdən azad edin!
Tənqiddən imtina edin:

Sizdən daha yaxşı olan insanları və sizə uyğun olmayan hadisələri tənqid etməkdən imtina edin. Bütün insanlar fərqlidir və hər kəsin düşüncə tərzi eyni cür olacaq deyə mütləq bir qanun yoxdur.

Digərlərində xoş təəssürat yaratmağa çalışmayın:

Rola girməyə, olmadığınız kimi davranmağa çalışmayın. Maskanızı çıxarın, öz həqiqi “Mən”-inizi qəbul edin və onu sevin.

Keçmişdən xilas olun. Bəli, bu çətin olsa da:

Xüsusən də bunu keçmiş indiki zamandan daha yaxşı olduqda, gələcək isə bir qədər qorxutduqda etmək lazımdır. Lakin bir faktı yadda saxlamaq lazımdır ki, indiki zaman əlinizdə olan yeganə şeydir.

Qorxularınızdan azad olun:

Qorxu – sadəcə illuziyadır və mövcud deyil. O yalnızca sizin beyninizdə mövcuddur. Öz daxili münasibətini dəyişin və xarici münasibətinizin özü öz yerini tapacaq.
Banker.az


Xəbəri paylaş

5728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___