Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Böyüklər, DİQQƏT: Bu uşaqlar biseksuallığa meylli olur
Tarix: 11-11-2015 | Saat: 22:34
Bölmə:Karusel / Fotogalereya | çapa göndər

Böyüklər, DİQQƏT: Bu uşaqlar biseksuallığa meylli olur
“Ana, mənə kukla al…” 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi...

Bu dialoqa bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün məsələn, bir maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdır, oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyib gülərək uzaqlaşdı…

Çoxlarımız bu kimi hallara vaxtaşırı rast gəlirik. Görürsən ki, bəzi valideynlər kiçik yaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır.

Maraqlıdır ki, mövzu ilə əlaqədar rəyini öyrəndiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi yanaşdı. Onların fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Üstəlik, müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Nisbətən gənc yaşlılar isə məsləyə bir az loyal baxırlar, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər.

Bəs mütəxəssislər hansı fikirdədirlər? Aile.lent.az məsələni araşdırmağa çalışıb.


“Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, geyindirir, saçlarını uzadırlar. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni, bunu zarafat xətrinə edirlər və uşaqları ilə əylənirlər”. Ailələrimizdə tez-tez rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Dəyanət Rzayev belə deyir.

Onun sözlərinə görə, əksər ailələrdə uşaqların psixoloji tərbiyəsinə ciddi yanaşılmır: “Bəzən uşaqlarla bir oyuncaq kimi davranır, fikirlərinə hörmət etmirik. Əksinə, valideynlər uşaqlarla böyük kimi davranmalıdır. Uşaq yaşlarından nə etmək, necə geyinmək, davranmaq kimi hallara özlərinin müstəqil şəkildə qərar vermələrini aşılamalıdırlar”.

D.Rzayev bildirdi ki, bəhs edilən mühitdə böyüyən oğlan uşaqlarının davranış və maneraları digər həmcinslərinə nisbətən daha mülayim olur: “Təbii ki, bir oğlan uşağının adət olunandan fərqli formada davranması dərhal diqqət çəkir və cəmiyyətdə həmin insana qarşı müxtəlif xoşagəlməyən reaksiyalara səbəb ola bilir”.


Mütəxəssislərin fikrinə əsasən, uşağın böyüdüyü mühit, düşdüyü şərait yetkin yaşda onun cinsi orientasiyasını dəyişməsinə səbəb ola bilər. Cəmiyyətdə gördüyü, rastlaşdığı mənfi nümunələr mütləq uşaq psixologiyasına təsir göstərir. Burada ailə daxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsi də danılmazdır. Həmçinin uşaq yaşlarında ailədə yetərli sevgi, qayğı görməyən oğlan uşaqları daha çox biseksuallığa meylli olur.

Bəs pedaqoqlar nə deyir? Yuxarıda sadalanan neqativ halların qarşısını almaq üçün təlim-tərbiyə müəssisələrində uşaqların davranışlarına nəzarət hansı formada qurulur?

Bağçada tərbiyəçi müəllimə işləyən Bəyistan Vahidli söylədi ki, bu xüsusda uşaqların davranışlarına ciddi fikir verilir: “Sevindirici haldır ki, bütün körpələrimiz öz həmcinslərinə xas şəkildə davranırlar. Təsadüfi hallarda olur ki, hansısa oğlan uşağı öz həmcinsləri ilə futbol oynamaqdansa, qızlarla evcik oynamağa daha çox meyl edir. Uşaqların oynayacağı hər bir oyunu cinsə aid seçirik. Məsələn, qızlar gəlinciklə oynayırsa, oğlanlara inşaat materiallarının oyuncaqlarını veririk. Eynilə nağıllarda, şerlərdə, hər hansı bir səhnəciklərdə də mütləq bu balansı qoruyuruq. Həmin uşaq da fərqinə varmadan, zamanla mühitə uyğunlaşır və onda heç bir qeyri-adi davranış müşahidə olunmur”.

Pedaqoq Dilarə İsmayılova isə deyir ki, məktəblərdə şagirdlərlə psixoloji söhbətlər aparılır: “Onlara narahat olduqları, maraqlandıqları bütün məsələlərdə köməklik göstərilir. Xüsusilə oğlan uşaqlarının öz orientasiyalarına uyğun davranmalarında hərbi dərslərin əhəmiyyəti var”.

Apardığımız kiçik araşdırmanın nəticəsi onu deməyə əsas verir ki, bu məsələ əslində nə qədər sadə görünsə də, bir o qədər qəlizdir. Əsas məsuliyyəti isə valideynlər daşıyır. İlk növbədə valideyn olaraq öz davranışlarımıza nəzarət etməliyik ki, böyütdüyümüz övladlar da cəmiyyətə faydalı şəkildə yetişsin. Əbəs yerə deyilməyib “uşaq evin aynasıdır”.

Uşaq psixologiyası incə bir tel üzərində qurulub və azacıq düzgün olmayan təzyiq o telin qırılmasına səbəb olur. Bu səbəbdən oğlumuzu elə tərbiyə etməliyik ki, o nə kobud, hissiyyatsız quldura, nə də heç bir şeyə qadir olmayan şəxsiyyətsiz bir insana çevrilsin.
O, sözün həqiqi mənasında kişi kimi böyüsün. İnsanlığı sevən, çətin məqamlarda lazımi qərar verməyi bacaran əsl kişi kimi...

Yasəmən Bağırova


Xəbəri paylaş

5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___