Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvandakı silahlı insidentə görə daha 2 nəfər həbs edildi
Tarix: 10-11-2015 | Saat: 16:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Şirvandakı silahlı insidentə görə daha 2 nəfər həbs edildi


Şirvan şəhərində baş verən silahlı insidentlə əlaqədar məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib

Şirvan Şəhər ProkurorluğundanAPA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, noyabrın 5-də gecə saat 23.00 radələrində baş verən silahlı insidentlə əlaqədar iki nəfər şübhəli şəxs qismində tutulub.

Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, istintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisində tapılıb.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___