Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Kazımova barəsində hökm oxundu
Tarix: 10-11-2015 | Saat: 14:28
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Aygün Kazımova barəsində hökm oxundu
Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Xeberaz.az Lent.az-a istinadən xəbər verir ki, Apellyasiya məhkəməsinin saytının yaydığı məlumatına görə, xalq artistinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmə N. Həbinin iddiasını təmin edib. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.

Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib. Belə ki, A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib. Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra A. Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib.


Xəbəri paylaş

1 4178 dəfə oxunub.

Digər xəbərlər
12-03-2017, 13:45 Sabahın HAVASI

bütün xəbərlər
____ Instagram ___