Hamilələrin diqqətinə: çox qəhvə içsəniz...
Tarix: 07-11-2015 | Saat: 12:30
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər
Hamiləliyin ilk həftələrində gözlənilən və səbəbi bilinməyən ürək bulanmaları, qusmalar təbiidir. Bu cür vəziyyət ananın kifayət qədər qida qəbuluna təsir edir. Durmadan davam edən qusmalar zamanı itirilən maye və elektrolitlər mütləq yerinə qaytarılmalıdır. Qusmanız dayanmırsa, həkiminizə müraciət edin. Belə vaxtlarda anaların dad və qoxu hiss etmələri də həssaslaşır. Qidadan iyrənmə hissi metabolik dəyişikliklərə səbəb olur. Yataqdan durmazdan əvvəl yeyilən duzlu biskivit, çörək və ya xırt-xırtlı çörək məhsulları ürəkbulanmanın qarşısını alır və sonra yeyiləcək qidaların həzmini asanlaşdırır.
Hamiləlik hormonları bağırsaq hərəkətini yavaşladır, çəkinin çoxalması səbəbindən fəaliyyətdə azalma, qidalanmada olan dəyişikliklər hamilə qadınlarda qəbzlik nisbətinin artmasına səbəb olur. Lif tərkibli tərəvəz, meyvələrin qabıqlı yeyilməsi, maye qəbulunun artırılması, quru meyvələrin yeyilməsi bu problemin həll edilməsinə kömək ola bilər. Quru paxlalılar, quru meyvələrlə hazırlanan taxıl məhsulları yeməyi, yulaf əzməsi və fiziki aktivlik qəbzlik problemi yaşayan analara məsləhət görülür.
Hamiləlik müddətində 5 fincandan çox qəhvə içən qadınların vaxtından tez doğuş riski artır. Bununla yanaşı, həddən çox kofein qəbul edən xanımların körpələrinin sümük qalınlığı və kalsium tərkibi aşağı səviyyədə olur. Aile.lent.az
Xəbəri paylaş
6068 dəfə oxunub.
Digər xəbərlər

5-02-2016, 15:03
ADAU-nun uğurlarına “kölgə salmaq” istəyənlərə…
11-02-2016, 10:03
Bezdirici SMS-lərdən xilas yolu - VİDEO
27-01-2016, 14:34
Sahibkarlar prezidentdən nə xahiş etdilər? – ÇIXIŞLAR
31-05-2015, 12:05
Saakaşviliyə vəzifə verildi
3-09-2021, 11:51
Hadisə azərbaycanlı iş adamından hamilə qalıb - Şok iddia
19-05-2017, 14:49
Çiyələk saplağından MÜALİCƏVİ ÇAY. FAYDALARI
12-07-2015, 12:05
Dəhşətli hadisə 102 ildən sonra təkrarlana bilər
26-02-2018, 13:51
55 dövlət əmlakı hərraca çıxarıldı – RƏSMİ
11-09-2016, 11:07
Nərimanov rayonunda yenə bina yandı
2-07-2015, 12:06
Orqazm qadınlarda 20 saniyə, kişilərdə isə...