Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - Foto
Tarix: 31-03-2015 | Saat: 01:19
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Türkiyə gündəmini dəyişən Fətullah Gülənin mason andı - Foto
Xeberaz.az interaztv.com/ F. Gülən: "Kainatın ulu memarının və Mason Birliyinin hüzurunda, öz arzu və iradəmlə səmimi olaraq and içirəm ki, mənə öyrədiləcək və deyiləcək masonluq sirlərini bir masondan başqasına və mason məhfilindən başqa bir yerdə əsla bəyan və ifşa etməyəcəyəm"

Türkiyənin məşhur “Yeni Şəfəq” qəzeti nurçuların lideri Fətullah Gülənlə bağlı bu günə qədər üzə çıxmayan şok sənədlər yayıb. İnterAz-ın verdiyi məlumata görə, yayılan sənəddə və məlumatda qeyd edilir ki, Fətullah Gülən 1969-cu ildə Böyük və Azad Mason Lojası tərəfindən xüsusi və üstün xidmətlərinə görə medalla mükafatlandırılıb. Bunlarla yanaşı Gülən 1975-ci ildə Türkiyə Böyük Mason Lojasının təşkil etdiyi gizli and içmə mərasiminə də qatılıbmış. Cənazə namazını qıldığı CHP-li Kasım Gülekinin MAsson Lojasına göndərdiyi məktubla bütün massonların ən böyük arzusu olan medalla təltif edilən Fətullah Güləndən lojadakı dostlarının olduqca razılıq etdiyi bildirilir.

Sənəddə eyni halda Gülənin əsgərlik dövründən etibarən Masson təşkilatları ilə əlaqələri olduğu aşkara çıxıb. Eyni halda sənəddə o da qeyd edilib ki, Moon təriqəti, MOSSAD və CIA ilə sıx əməkdaşlıq edən Gülən, elə gənclik illərindən bu işlər üçün hazırlanırmış. Güləni ilk dəfə Moon təriqəti və CİA ilə tanış edən adamın CHP-nin baş katibi Kasım Gülek olduğunu tamamilə sübut edən sənədlər, Türkiyə gündəmində şok effekti yaradıb. Kasım Gülek, Fəthullah Gülən, Cem Cüyür və Tuncay Güney üstün xidmətlərinə görə ilk Masson medalı alan şəxslərdir.

Aşkar edilən ilk sənəd Kasım Gülekinin 1967-ci il, iyul ayının 16-da Mason Lojasına Fətullah Gülənin adı ilə birgə digər məşhur şəxslərin də adlarının yazıldığı məktubdur. Kasım Gülek yazdığı məktubda şikayət etməklə yanaşı, Türkiyədə masonluğun bir neçə yerə bölünməsi ilə bağlı fikirlər səsləndirib.

"Hörmətli KK" (KK: qardaşlar) sözüylə başlayan məktub belədir:

"Türkiyədə yeganə və müntəzəm mason təşkilatı, Türkiyə Böyük və Azad Mason Lojasıdır. Belə olan halda 1900-cü ildən yaranmış və dünya tərəfindən tanınan türk masonluğunu bir kənara qoymaq doğru deyil. Bir müəssisədə, bir dərnəkdə və ya bir bədəndə səhvə yol verən şəxs və ya xəstələnən orqanizm ola bilər. Belə bir vəziyyətdə dərhal dağıdıcılıq və imtina yolu seçmək çıxış yolu deyil. Axsaqlığın aradan qaldırılması və xəstəliyin müalicə yollarını sizlər çox yaxşı bilirsiniz. Yaranmış mövcud problem Türk masonluğunu iki, hətta üç yerə bölüb. Bir qism yoldaşlarımız xüsusilə Ş. K, MMM, Fəthullah Gülən, A. D, Z. E, K. T, V. K və T. K qardaşlar baş verənlərdən küsərək inciyiblər. Bu yoldaşlarımızın böyük loja tərəfindən medalla təltif edilməli artıq unudulmaqdadır. Üstün xidmət medalına sahib olmaq hər masonun ən böyük arzusu və yuxusu hesab edilir. Türk masonluğunu pozmağa, bölməyə və Türkiyə Böyük Masson Lojasını yıxmağa cürət edən bir kimsə, türk masonluğuna qarşı necə cinayət törətmiş ola bilər? Gəlin də bu sualın cavabını hər kəsin vicdanına, nizamnamənin ixtiyarına və Türk masonluğunun tarixinin öhdəsinə buraxaq. Bir mason olaraq düşünürəm ki, insanlıq məbədi məfkurəsini və bu müqəddəs əmanəti hər vaxt qorumaq və daha da irəliyə aparmaq olduqca zəruridirBununla bağlı heç kim tərəddüd etmir.

Bir mason olaraq hörmətimi izhar edirəm" (Kasım Gülek)”

Üzə çıxan digər bir sənəd isə 25 Mart 1975-ci ilə aiddir. Həmin sənəddə Fətullah Gülənin Mason Lojasından ayrılaraq yeni qurulan Türkiyə Böyük Mason Lojasına üzvlüyü ilə bağlı and içdiyi “Tekris” andından bəhs edir. Masson ədəbiyyatında “Tekris” andı təşkilata üzv olmaq və sadiq qalmaq üçün içilən and kimi izah edilib. Sözügedən sənəddə Gülənin and içərək səsləndirdiyi sözlər onun Masson lojasına nə dərəcədə sədaqətli olmasının göstərir. Sənəddə yazılan andın mətnini sizlərə təqdim edirik.

"Kainatın ulu memarının və Mason Birliyinin hüzurunda, öz arzu və iradəmlə səmimi olaraq and içirəm ki, mənə öyrədiləcək və deyiləcək masonluq sirlərini bir masondan başqasına və Mason Məhfilindən başqa bir yerdə əsla bəyan və ifşa etməyəcəyəm. Masonluq üçün çalışacaq və prinsiplərinə sadiq qalacağam. Yığıncaqlarına müntəzəm iştirak edəcəyəm. Şərəf və şərəfimi qoruyacağam, insanları sevəcəm, onların yaxşılığı üçün çalışacağam. Türkiyə Böyük Mason Məhfilini Türkiyənin rəmzi, nəzm və hakimi kimi tanıyacağam. Türkiyə Böyük Mason Məhfilinin konstitusiyasına və qərarlarına riayət edəcəyəm. Bu and içmə sənədini 25.03.1975 İstanbul həqiqət nurunun qaynağı olan Möhtərəm Üçbucaq Məhfilinin rəsmi iclasında imza etdim." (M. Fetullah Gülən)"


Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___