Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toza görə qonşusunu bıçaqldı, 3 il həbs cəzası aldı
Tarix: 05-11-2015 | Saat: 13:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Toza görə qonşusunu bıçaqldı, 3 il həbs cəzası aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Zəkəriyyə Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə görə, Z. Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 14-də Xaçmazda baş verib. Zəkəriyyə Cəfərov qonşusu Orxan Mehraliyevi bıçaqlayıb. Orxan Mehraliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Zəkəriyyə Cəfərov könüllü şəkildə polisə təslim olub.

Ilkin araşdırmalar zamanı hadisənin toz üstündə olduğu bilinib. Belə ki, Zəkəriyyə Cəfərov maşınla Orxan Mehraliyevin yanından sürətlə keçərək onu toza basıb. Tərəflər arasında mübahisə olub. Onlar söhbəti kənar yerdə həll etmək qərarına gəliblər. Bu zaman Z. Cəfərov O.Mehraliyevi bıçaqlayıb. Onlar məhkəmə istintaqı zamanı aralarında barışıq olduğunu bildiriblər. Zərərçəkən şəxs heç bir şikayət və tələbinin olmadığını deyib.


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___