YAP: Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər
Tarix: 04-11-2015 | Saat: 19:07
Bölmə:Karusel / Bizim seçim / M2 | çapa göndər
“Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir”.
54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər.
Xəbəraz.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Elza Seyidcahanın rəqibi Tahir Süleymanovun ona 500 min manat təklif etməsi ilə bağlı iddiası çox ciddi məsələdir:
“Bu, çox ciddi bir ittihamdır. Tahir Süleymanov bununla bağlı məhkəməyə müraciət edə bilər. Əgər məhkəmədə Elza Seyidcahan bu iddiasını təsdiq edə bilməsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər”.
Aydın Mirzəzadə əlavə edib ki, Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir: “YAP üzvü olan Elza Seyidcahan müstəqil şəkildə öz namizədliyini verib. Partiyanın xəbərdarlığına baxmayaraq o, seçki prosesinə qoşularaq YAP-dan rəsmi namizəd olan Tahir Süleymanova rəqib oldu. Seçki prosesində onun dediklərini seçki təbliğatı kimi qəbul etmək olardı.
Amma onun son dövrlərdəki fikirlərini seçki təbliğatından daha çox partiya əleyhinə çağırışlar kimi qiymətləndirmək olar. Onun heç bir təsdiqini tapmayan fikirlər bildirməsi, özünün qaranlıq qalan siyasi fikirlərini partiya mövqeyindən səsləndirməsi yolverilməz bir məsələdir. Əlbəttə ki, bu, partiyada ciddi müzakirə olunub bir tədbir görüləcək. Elza Seyidcahan ya öz fikirlərindən imtina etməli, ya da partiyanın siyasi kursuna və intizamına riayət etməlidir.
Həmçinin onun haqda olacaq ən yüksək cəzalar partiya intizamında nəzərdən keçiriləcək. O cümlədən onun siyasi baxışları partiya ilə düz gəlmədiyinə görə partiya sıralarından çıxarılması da gözlənilir. Onun haqqındakı məsələlər qeydiyyatda olduğu rayon təşkilatında müzakirə olunacaq.
Elza Seyidcahanın son dövrlərdə səsləndirdiyi fikirlər hər dəfəsində daha çox partiyanın siyasi kursuyla düz gəlmir. Onun çağırışları, ittiham xarakterli və böhtan dolu fikirləri YAP üzvü statusu ilə düzgün gəlmir. O baxımdan bu məsələ partiya daxilində müzakirə edilərək ciddi tədbirlər görüləcək”.
Xəbəri paylaş
6718 dəfə oxunub.
Digər xəbərlər

5-03-2016, 11:32
Bakı qatı dumana bürünüb
21-04-2017, 14:32
Ukraynalı qızlar Azərbaycan düşbərəsinə heyran oldular - VIDEO
28-05-2016, 15:34
Terrorçular neft kəmərinə hücum etdi
2-03-2022, 09:43
2 nömrəli Bakı Baza Tibb Kolleci BAZARDIR... - Buranın yetişdirdiyi kadr nə olacaq ki...
10-06-2017, 11:13
Bakıda DƏHŞƏT: qardaş bacısını qəbiristanlığa aparıb...
9-09-2022, 14:02
Siyəzən camaatı neftin cəfasını, məmurlar isə səfasını görür… - “Siyəzən Neft”in ərazisində nələr baş verir..?
5-01-2022, 11:00
Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı
25-11-2021, 11:04
Ərzaq mağazasında “patı” satan şəxs tutulub - FOTO